نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3210 | 27 | 51 | فانظر كيف كان عاقبة مكرهم أنا دمرناهم وقومهم أجمعين |
| | | Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik. |
|
3211 | 27 | 52 | فتلك بيوتهم خاوية بما ظلموا إن في ذلك لآية لقوم يعلمون |
| | | Haqsızlıqları üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən adamlar üçün ibrət vardır. |
|
3212 | 27 | 53 | وأنجينا الذين آمنوا وكانوا يتقون |
| | | İman gətirib Allahdan qorxanları isə xilas etdik. |
|
3213 | 27 | 54 | ولوطا إذ قال لقومه أتأتون الفاحشة وأنتم تبصرون |
| | | Lutu da yada sal. Bir zaman o öz qövmünə demişdi: “Gözünüz görə-görə murdar işmi görəcəksiniz? |
|
3214 | 27 | 55 | أئنكم لتأتون الرجال شهوة من دون النساء بل أنتم قوم تجهلون |
| | | Siz qadınları qoyub şəhvətlə kişilərin yanınamı gedəcəksiniz? Yox, siz cahil bir qövmsünüz!” |
|
3215 | 27 | 56 | فما كان جواب قومه إلا أن قالوا أخرجوا آل لوط من قريتكم إنهم أناس يتطهرون |
| | | Qövmünün cavabı isə ancaq: “Lutun ailəsini kəndinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyən adamlardır!”– demələri oldu. |
|
3216 | 27 | 57 | فأنجيناه وأهله إلا امرأته قدرناها من الغابرين |
| | | Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun arvadının geridə qalanlardan olmasına qərar verdik. |
|
3217 | 27 | 58 | وأمطرنا عليهم مطرا فساء مطر المنذرين |
| | | Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş! |
|
3218 | 27 | 59 | قل الحمد لله وسلام على عباده الذين اصطفى آلله خير أما يشركون |
| | | De: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qullarına! Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqlarınız? |
|
3219 | 27 | 60 | أمن خلق السماوات والأرض وأنزل لكم من السماء ماء فأنبتنا به حدائق ذات بهجة ما كان لكم أن تنبتوا شجرها أإله مع الله بل هم قوم يعدلون |
| | | Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar haqdan yayınan adamlardır. |
|