نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4751 | 52 | 16 | اصلوها فاصبروا أو لا تصبروا سواء عليكم إنما تجزون ما كنتم تعملون |
| | | Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”. |
|
4752 | 52 | 17 | إن المتقين في جنات ونعيم |
| | | Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və nemət içində yaşayacaqlar. |
|
4753 | 52 | 18 | فاكهين بما آتاهم ربهم ووقاهم ربهم عذاب الجحيم |
| | | Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas etmişdir. |
|
4754 | 52 | 19 | كلوا واشربوا هنيئا بما كنتم تعملون |
| | | Onlara deyiləcək: “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!” |
|
4755 | 52 | 20 | متكئين على سرر مصفوفة وزوجناهم بحور عين |
| | | Onlar səflərlə salınmış mütəkkələrə dirsəklənəcəklər. Biz onları iri qaragözlü hurilərlə evləndirəcəyik. |
|
4756 | 52 | 21 | والذين آمنوا واتبعتهم ذريتهم بإيمان ألحقنا بهم ذريتهم وما ألتناهم من عملهم من شيء كل امرئ بما كسب رهين |
| | | Möminlərin imanda onların arxasınca gedən nəsillərini də Cənnətdə özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur. |
|
4757 | 52 | 22 | وأمددناهم بفاكهة ولحم مما يشتهون |
| | | Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik. |
|
4758 | 52 | 23 | يتنازعون فيها كأسا لا لغو فيها ولا تأثيم |
| | | Onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa, nə də günaha təhrik etməz. |
|
4759 | 52 | 24 | ويطوف عليهم غلمان لهم كأنهم لؤلؤ مكنون |
| | | Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar. |
|
4760 | 52 | 25 | وأقبل بعضهم على بعض يتساءلون |
| | | Onlar bir-birinə üz tutub soruşacaqlar. |
|