نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1211 | 8 | 51 | ذلك بما قدمت أيديكم وأن الله ليس بظلام للعبيد |
| | | Bu (əzab) sizin öz əllərinizlə qazandığınız (əllərinizin törətdiyi) günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir! |
|
1212 | 8 | 52 | كدأب آل فرعون والذين من قبلهم كفروا بآيات الله فأخذهم الله بذنوبهم إن الله قوي شديد العقاب |
| | | Eynilə Fir’on nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Allahın ayələrini yalan hesab etdilər, Allah da onları günahlarına görə yox etdi. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, cəzası da çox şiddətlidir! |
|
1213 | 8 | 53 | ذلك بأن الله لم يك مغيرا نعمة أنعمها على قوم حتى يغيروا ما بأنفسهم وأن الله سميع عليم |
| | | (Kafirlərə verilən) bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən ne’məti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi ne’məti dəyişən (pisliyə çevirən) deyildir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir! (Həmin tayfalar Allahın ne’mətlərinə şükür etmək əvəzinə Ona asi olduqlarına, itaəti küfrlə əvəz etdiklərinə, peyğəmbərlərə qarşı düşmən münasibət bəslədiklərinə görə Allah da onlara verdiyi ne’mətini qəzəbə, etdiyi yaxşılığı pisliyə çevirib hamısını əzaba düçar etdi). |
|
1214 | 8 | 54 | كدأب آل فرعون والذين من قبلهم كذبوا بآيات ربهم فأهلكناهم بذنوبهم وأغرقنا آل فرعون وكل كانوا ظالمين |
| | | Eynilə Fir’on nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Fir’on nəslini (dənizdə) batırdıq. Onların hamısı zalım idi! |
|
1215 | 8 | 55 | إن شر الدواب عند الله الذين كفروا فهم لا يؤمنون |
| | | Allah yanında (yer üzündə) gəzən (yürüyən) canlıların ən pisi küfr edənlərdir. Onlar artıq iman gətirməzlər. |
|
1216 | 8 | 56 | الذين عاهدت منهم ثم ينقضون عهدهم في كل مرة وهم لا يتقون |
| | | Onlar (sənə qarşı müharibə etməmək barədə) əhd bağladığın kimsələrdir ki, (onu bağladıqdan) sonra hər dəfə əhdlərini pozar və Allahdan da qorxmazlar. |
|
1217 | 8 | 57 | فإما تثقفنهم في الحرب فشرد بهم من خلفهم لعلهم يذكرون |
| | | Əhdi pozanları müharibədə yaxalasan (ələ keçirtsən), onlar ilə (onlara tutacağın divanla, verəcəyin cəza ilə) arxalarında olan kimsələri də (qorxudub) dağıt ki, onlar (bundan) ibrət alsınlar (bir daha əhdi pozmağa cür’ət etməsinlər)! |
|
1218 | 8 | 58 | وإما تخافن من قوم خيانة فانبذ إليهم على سواء إن الله لا يحب الخائنين |
| | | Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, (döyüşə başlamazdan əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın (mərdi-mərdanə) özlərinə e’lan et. Çünki Allah xainləri sevməz! |
|
1219 | 8 | 59 | ولا يحسبن الذين كفروا سبقوا إنهم لا يعجزون |
| | | (Bədr müharibəsində qaçıb) canlarını qurtaran kafirlər əsla elə zənn etməsinlər ki, (əzabımızdan) xilas olmuşlar. Onlar (Allahı özlərinə əzab verməkdən) aciz edə bilməzlər! (Allahın əzabından qaçıb qurtara bilməzlər!) |
|
1220 | 8 | 60 | وأعدوا لهم ما استطعتم من قوة ومن رباط الخيل ترهبون به عدو الله وعدوكم وآخرين من دونهم لا تعلمونهم الله يعلمهم وما تنفقوا من شيء في سبيل الله يوف إليكم وأنتم لا تظلمون |
| | | (Ey mö’minlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz! |
|