نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
962 | 7 | 8 | والوزن يومئذ الحق فمن ثقلت موازينه فأولئك هم المفلحون |
| | | O gün (qiyamət günü) çəki (əməllərin tərəzidə çəkilməsi) haqdır. Tərəziləri ağır gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır! |
|
963 | 7 | 9 | ومن خفت موازينه فأولئك الذين خسروا أنفسهم بما كانوا بآياتنا يظلمون |
| | | Tərəziləri yüngül gələnlər (pis əməlləri yaxşı əməllərindən çox olanlar) isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir. |
|
964 | 7 | 10 | ولقد مكناكم في الأرض وجعلنا لكم فيها معايش قليلا ما تشكرون |
| | | Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükür edənlərsiniz! |
|
965 | 7 | 11 | ولقد خلقناكم ثم صورناكم ثم قلنا للملائكة اسجدوا لآدم فسجدوا إلا إبليس لم يكن من الساجدين |
| | | Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı. |
|
966 | 7 | 12 | قال ما منعك ألا تسجد إذ أمرتك قال أنا خير منه خلقتني من نار وخلقته من طين |
| | | (Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi. |
|
967 | 7 | 13 | قال فاهبط منها فما يكون لك أن تتكبر فيها فاخرج إنك من الصاغرين |
| | | (Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!” |
|
968 | 7 | 14 | قال أنظرني إلى يوم يبعثون |
| | | (İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!” |
|
969 | 7 | 15 | قال إنك من المنظرين |
| | | (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!” |
|
970 | 7 | 16 | قال فبما أغويتني لأقعدن لهم صراطك المستقيم |
| | | (İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam! |
|
971 | 7 | 17 | ثم لآتينهم من بين أيديهم ومن خلفهم وعن أيمانهم وعن شمائلهم ولا تجد أكثرهم شاكرين |
| | | Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” |
|