نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
9 | 2 | 2 | ذلك الكتاب لا ريب فيه هدى للمتقين |
| | | Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. |
|
10 | 2 | 3 | الذين يؤمنون بالغيب ويقيمون الصلاة ومما رزقناهم ينفقون |
| | | O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər; |
|
11 | 2 | 4 | والذين يؤمنون بما أنزل إليك وما أنزل من قبلك وبالآخرة هم يوقنون |
| | | O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. |
|
12 | 2 | 5 | أولئك على هدى من ربهم وأولئك هم المفلحون |
| | | Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır. |
|
13 | 2 | 6 | إن الذين كفروا سواء عليهم أأنذرتهم أم لم تنذرهم لا يؤمنون |
| | | Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər. |
|
14 | 2 | 7 | ختم الله على قلوبهم وعلى سمعهم وعلى أبصارهم غشاوة ولهم عذاب عظيم |
| | | Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. |
|
15 | 2 | 8 | ومن الناس من يقول آمنا بالله وباليوم الآخر وما هم بمؤمنين |
| | | İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər. |
|
16 | 2 | 9 | يخادعون الله والذين آمنوا وما يخدعون إلا أنفسهم وما يشعرون |
| | | Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar. |
|
17 | 2 | 10 | في قلوبهم مرض فزادهم الله مرضا ولهم عذاب أليم بما كانوا يكذبون |
| | | Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər. |
|
18 | 2 | 11 | وإذا قيل لهم لا تفسدوا في الأرض قالوا إنما نحن مصلحون |
| | | Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər. |
|