نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5737 | 79 | 25 | فأخذه الله نكال الآخرة والأولى |
| | | Allah da onu axirət və dünya əzabına giriftar etdi. (Yaxud: Allah ona axırıncı və əvvəlinci sözlərinin cəzasını verdi). |
|
5738 | 79 | 26 | إن في ذلك لعبرة لمن يخشى |
| | | Şübhəsiz ki, bunda (Allahdan) qorxan kimsələr üçün ibrət dərsi vardır. |
|
5739 | 79 | 27 | أأنتم أشد خلقا أم السماء بناها |
| | | (Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa göyü ki (Allah) onu yaratdı; |
|
5740 | 79 | 28 | رفع سمكها فسواها |
| | | Qübbəsini ucaltdı, düzəldib nizama saldı; |
|
5741 | 79 | 29 | وأغطش ليلها وأخرج ضحاها |
| | | Gecəsini qaranlıq, gündüzünü işıqlı etdi?! |
|
5742 | 79 | 30 | والأرض بعد ذلك دحاها |
| | | Bundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı). |
|
5743 | 79 | 31 | أخرج منها ماءها ومرعاها |
| | | Ondan suyunu və otlağını çıxartdı. |
|
5744 | 79 | 32 | والجبال أرساها |
| | | (Orada) dağları yerləşdirdi. |
|
5745 | 79 | 33 | متاعا لكم ولأنعامكم |
| | | (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür. |
|
5746 | 79 | 34 | فإذا جاءت الطامة الكبرى |
| | | O böyük bəla (qiyamət) gələndə, |
|