نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5559 | 75 | 8 | وخسف القمر |
| | | Ay tutulacağı; |
|
5560 | 75 | 9 | وجمع الشمس والقمر |
| | | Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman - |
|
5561 | 75 | 10 | يقول الإنسان يومئذ أين المفر |
| | | Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. |
|
5562 | 75 | 11 | كلا لا وزر |
| | | Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır! |
|
5563 | 75 | 12 | إلى ربك يومئذ المستقر |
| | | O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur! |
|
5564 | 75 | 13 | ينبأ الإنسان يومئذ بما قدم وأخر |
| | | O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir! |
|
5565 | 75 | 14 | بل الإنسان على نفسه بصيرة |
| | | Doğrusu, insan özü-özünə şahiddir! |
|
5566 | 75 | 15 | ولو ألقى معاذيره |
| | | O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! |
|
5567 | 75 | 16 | لا تحرك به لسانك لتعجل به |
| | | (Ya Peyğəmbər! Cəbrail sənə Qur’an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Qur’anı təkrar etmə, yalnız dinlə!) |
|
5568 | 75 | 17 | إن علينا جمعه وقرآنه |
| | | Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. |
|