نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5423 | 71 | 4 | يغفر لكم من ذنوبكم ويؤخركم إلى أجل مسمى إن أجل الله إذا جاء لا يؤخر لو كنتم تعلمون |
| | | Belə etsəniz, O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Həqiqətən, Allahın müəyyən etdiyi vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!” |
|
5424 | 71 | 5 | قال رب إني دعوت قومي ليلا ونهارا |
| | | O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. |
|
5425 | 71 | 6 | فلم يزدهم دعائي إلا فرارا |
| | | Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı. |
|
5426 | 71 | 7 | وإني كلما دعوتهم لتغفر لهم جعلوا أصابعهم في آذانهم واستغشوا ثيابهم وأصروا واستكبروا استكبارا |
| | | Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. |
|
5427 | 71 | 8 | ثم إني دعوتهم جهارا |
| | | Sonra mən onları aşkarcasına dəvət etdim. |
|
5428 | 71 | 9 | ثم إني أعلنت لهم وأسررت لهم إسرارا |
| | | Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib |
|
5429 | 71 | 10 | فقلت استغفروا ربكم إنه كان غفارا |
| | | dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır! |
|
5430 | 71 | 11 | يرسل السماء عليكم مدرارا |
| | | O, sizin üzərinizə bol-bol yağış göndərər, |
|
5431 | 71 | 12 | ويمددكم بأموال وبنين ويجعل لكم جنات ويجعل لكم أنهارا |
| | | var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar. |
|
5432 | 71 | 13 | ما لكم لا ترجون لله وقارا |
| | | Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz? |
|