نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5313 | 68 | 42 | يوم يكشف عن ساق ويدعون إلى السجود فلا يستطيعون |
| | | İş çətinləşəcəyi (baldırlar açılacağı, lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) də’vət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar. |
|
5314 | 68 | 43 | خاشعة أبصارهم ترهقهم ذلة وقد كانوا يدعون إلى السجود وهم سالمون |
| | | Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada) sağlam olduqları ikən səcdəyə də’vət olunurdular. |
|
5315 | 68 | 44 | فذرني ومن يكذب بهذا الحديث سنستدرجهم من حيث لا يعلمون |
| | | (Ya Peyğəmbər!) Artıq bu kəlamı (Qur’anı) yalan sayanları Mənə tapşır. Biz onları özləri də bilmədən tədriclə əzaba giriftar edərik. |
|
5316 | 68 | 45 | وأملي لهم إن كيدي متين |
| | | Onlara (daha çox günaha batmaq üçün bir müddət) möhlət verərəm. Həqiqətən Mənim əzabım dözülməz dərəcədə şiddətlidir. |
|
5317 | 68 | 46 | أم تسألهم أجرا فهم من مغرم مثقلون |
| | | Yoxsa sən (risaləti təbliğ etmək müqabilində) onlardan ücrət (muzd) istəyirsən və onlar ağır borc yükü altında qalıblar?! |
|
5318 | 68 | 47 | أم عندهم الغيب فهم يكتبون |
| | | Yoxsa qeyb (lövhi-məhfuz) yanlarındadır və onlar (səninlə mübahisə etdikləri məsələləri, qiyamət günü kafirlərin Allah yanında mö’minlərdən üstün olacağını oradan öyrənib) yazırlar?! |
|
5319 | 68 | 48 | فاصبر لحكم ربك ولا تكن كصاحب الحوت إذ نادى وهو مكظوم |
| | | (Ya Rəsulum!) Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunis peyğəmbər) kimi olma (risaləti təbliğ etməyi yerə qoyma). O zaman o, (balığın qarnında) qəm-kədər içində boğularaq (Rəbbinə) dua etmişdi. |
|
5320 | 68 | 49 | لولا أن تداركه نعمة من ربه لنبذ بالعراء وهو مذموم |
| | | Əgər Rəbbindən ona bir mərhəmət (ne’mət) yetişməsəydi, o, məzəmmət olunaraq quru yerə (səhraya) atılacaqdı. |
|
5321 | 68 | 50 | فاجتباه ربه فجعله من الصالحين |
| | | Amma (tövbə etdikdən sonra) Rəbbi onu (Öz bəndələri içərisində) seçdi və salehlərdən (peyğəmbərlərdən) etdi. |
|
5322 | 68 | 51 | وإن يكاد الذين كفروا ليزلقونك بأبصارهم لما سمعوا الذكر ويقولون إنه لمجنون |
| | | (Ya Peyğəmbər!) Həqiqətən, kafirlər Qur’anı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): “O divanədir!” – deyirlər. |
|