نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5311 | 68 | 40 | سلهم أيهم بذلك زعيم |
| | | Onlardan soruş ki, kim buna zamin duracaqdır? |
|
5312 | 68 | 41 | أم لهم شركاء فليأتوا بشركائهم إن كانوا صادقين |
| | | Yoxsa onların şərikləri vardır? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər. |
|
5313 | 68 | 42 | يوم يكشف عن ساق ويدعون إلى السجود فلا يستطيعون |
| | | Ayağın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün – |
|
5314 | 68 | 43 | خاشعة أبصارهم ترهقهم ذلة وقد كانوا يدعون إلى السجود وهم سالمون |
| | | onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular. |
|
5315 | 68 | 44 | فذرني ومن يكذب بهذا الحديث سنستدرجهم من حيث لا يعلمون |
| | | Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları tovlayıb bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik. |
|
5316 | 68 | 45 | وأملي لهم إن كيدي متين |
| | | Hələlik Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim kafirlər üçün qurduğum hiyləm çox güclüdür. |
|
5317 | 68 | 46 | أم تسألهم أجرا فهم من مغرم مثقلون |
| | | Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər? |
|
5318 | 68 | 47 | أم عندهم الغيب فهم يكتبون |
| | | Yoxsa qeyb onların əlindədir və onlar da ona baxıb istədiklərini yazırlar? |
|
5319 | 68 | 48 | فاصبر لحكم ربك ولا تكن كصاحب الحوت إذ نادى وهو مكظوم |
| | | Sən öz Rəbbinin hökmünə səbir et və balıq sahibi Yunus kimi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi. |
|
5320 | 68 | 49 | لولا أن تداركه نعمة من ربه لنبذ بالعراء وهو مذموم |
| | | Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda heç bir bitki bitməyən boş yerə atılacaqdı. |
|