نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5252 | 67 | 11 | فاعترفوا بذنبهم فسحقا لأصحاب السعير |
| | | Və beləcə öz günahlarını e’tiraf edəcəklər. Məhv olsun cəhənnəm əhli! |
|
5253 | 67 | 12 | إن الذين يخشون ربهم بالغيب لهم مغفرة وأجر كبير |
| | | Rəbbindən (Onu) görmədən qorxanları isə (günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir! |
|
5254 | 67 | 13 | وأسروا قولكم أو اجهروا به إنه عليم بذات الصدور |
| | | (Ey insanlar!) İstər sözünüzü gizli saxlayın, istər açıq deyin (heç bir fərqi yoxdur). (Allah) ürəklərdə olanları biləndir! |
|
5255 | 67 | 14 | ألا يعلم من خلق وهو اللطيف الخبير |
| | | Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır! |
|
5256 | 67 | 15 | هو الذي جعل لكم الأرض ذلولا فامشوا في مناكبها وكلوا من رزقه وإليه النشور |
| | | Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır! |
|
5257 | 67 | 16 | أأمنتم من في السماء أن يخسف بكم الأرض فإذا هي تمور |
| | | (Ey insanlar!) Göydə olanın (Allahın) yer hərəkətə gəlib çalxalandığı zaman sizi onun dibinə batırmayacağına əminsinizmi?! |
|
5258 | 67 | 17 | أم أمنتم من في السماء أن يرسل عليكم حاصبا فستعلمون كيف نذير |
| | | Yaxud göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?! Onda Mənim (sizi əzabla) qorxutmağımın necə olduğunu mütləq biləcəksiniz. |
|
5259 | 67 | 18 | ولقد كذب الذين من قبلهم فكيف كان نكير |
| | | Onlardan (Məkkə mürşiklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. (Ya Peyğəmbər! Bir görəydin) Mənim onları cəzalandırmağım (inkar etməyim) necə oldu. |
|
5260 | 67 | 19 | أولم يروا إلى الطير فوقهم صافات ويقبضن ما يمسكهن إلا الرحمن إنه بكل شيء بصير |
| | | Məgər onlar başları üstündə (səf çəkib) qanad çalaraq (qanadlarını açıb-yumaraq) uçan quşları görmürlərmi? Onları (göydə) ancaq Rəhman (olan Allah) saxlayır. Həqiqətən, O, hər şeyi görəndir! |
|
5261 | 67 | 20 | أمن هذا الذي هو جند لكم ينصركم من دون الرحمن إن الكافرون إلا في غرور |
| | | Yaxud bu əsgərləriniz (köməkçiləriniz) kimdir ki, onlar sizi Rəhmanın əzabından qurtara bilsinlər?! (Bəndələri Allahın əzabından Onun Özündən başqa heç kəs xilas edə bilməz!) Kafirlər, sadəcə olaraq, aldanmaqdadırlar! |
|