نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4808 | 53 | 24 | أم للإنسان ما تمنى |
| | | Yoxsa insan istədiyi hər şeyə nail ola bilər?! (Xeyr, bu mümkün deyildir. Müşriklərin çox istəməsinə baxmayaraq, bütlər onlar üçün Allah dərgahında heç bir şəfaət edə bilməzlər). |
|
4809 | 53 | 25 | فلله الآخرة والأولى |
| | | Axirətdə, dünya da ancaq Allahındır! |
|
4810 | 53 | 26 | وكم من ملك في السماوات لا تغني شفاعتهم شيئا إلا من بعد أن يأذن الله لمن يشاء ويرضى |
| | | Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah Öz istədiyi və razı olduğu kimsəyə (mələyə, yaxud mö’minə) izin verdikdən sonra (onun şəfaəti fayda verər). |
|
4811 | 53 | 27 | إن الذين لا يؤمنون بالآخرة ليسمون الملائكة تسمية الأنثى |
| | | Həqiqətən, axirətə inanmayanlar mələklərə (onların Allahın qızları olduğunu iddia edərək) qadın adları verirlər. |
|
4812 | 53 | 28 | وما لهم به من علم إن يتبعون إلا الظن وإن الظن لا يغني من الحق شيئا |
| | | Onlar buna dair heç bir şey bilmir, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz! |
|
4813 | 53 | 29 | فأعرض عن من تولى عن ذكرنا ولم يرد إلا الحياة الدنيا |
| | | Artıq (ya Peyğəmbər!) Bizim Qur’anımızdan üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər! |
|
4814 | 53 | 30 | ذلك مبلغهم من العلم إن ربك هو أعلم بمن ضل عن سبيله وهو أعلم بمن اهتدى |
| | | Onların bildiyi elə bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin haqq yoldan azanı da, doğru yolda olanı da ən gözəl tanıyandır! |
|
4815 | 53 | 31 | ولله ما في السماوات وما في الأرض ليجزي الذين أساءوا بما عملوا ويجزي الذين أحسنوا بالحسنى |
| | | Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır! |
|
4816 | 53 | 32 | الذين يجتنبون كبائر الإثم والفواحش إلا اللمم إن ربك واسع المغفرة هو أعلم بكم إذ أنشأكم من الأرض وإذ أنتم أجنة في بطون أمهاتكم فلا تزكوا أنفسكم هو أعلم بمن اتقى |
| | | (O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir! |
|
4817 | 53 | 33 | أفرأيت الذي تولى |
| | | (Ya Peyğəmbər!) İndi gördünmü (imandan) dönəni, |
|