نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4400 | 43 | 75 | لا يفتر عنهم وهم فيه مبلسون |
| | | Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar. |
|
4401 | 43 | 76 | وما ظلمناهم ولكن كانوا هم الظالمين |
| | | Biz onlara zülm etmədik, lakin onlar özləri zalım idilər. |
|
4402 | 43 | 77 | ونادوا يا مالك ليقض علينا ربك قال إنكم ماكثون |
| | | Onlar Cəhənnəm gözətçisini çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz burada əbədi qalacaqsınız!”– deyəcək. |
|
4403 | 43 | 78 | لقد جئناكم بالحق ولكن أكثركم للحق كارهون |
| | | Biz sizə haqqı təqdim etdik, lakin çoxunuz haqqı xoşlamırdı. |
|
4404 | 43 | 79 | أم أبرموا أمرا فإنا مبرمون |
| | | Yoxsa müşriklər işə qəti qərarmı verdilər? Əslində, qəti qərarı Biz veririk. |
|
4405 | 43 | 80 | أم يحسبون أنا لا نسمع سرهم ونجواهم بلى ورسلنا لديهم يكتبون |
| | | Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında əməllərini yazan elçilərimiz vardır. |
|
4406 | 43 | 81 | قل إن كان للرحمن ولد فأنا أول العابدين |
| | | De: “Əgər Mərhəmətli Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olardım. |
|
4407 | 43 | 82 | سبحان رب السماوات والأرض رب العرش عما يصفون |
| | | Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi müqəddəsdir və onların Ona aid etdikləri sifətlərdən uzaqdır!” |
|
4408 | 43 | 83 | فذرهم يخوضوا ويلعبوا حتى يلاقوا يومهم الذي يوعدون |
| | | Onları burax, qoy vəd olunduqları günə qovuşanadək batil işlərə dalsınlar və bir müddət əylənsinlər. |
|
4409 | 43 | 84 | وهو الذي في السماء إله وفي الأرض إله وهو الحكيم العليم |
| | | Göydə də məbud, yerdə də məbud yalnız Odur. O, Müdrikdir, Biləndir. |
|