نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4373 | 43 | 48 | وما نريهم من آية إلا هي أكبر من أختها وأخذناهم بالعذاب لعلهم يرجعون |
| | | Bizim onlara göstərdiyimiz hər bir möcüzə, əvvəlkilərdən daha da üstün idi. Biz onları əzabla yaxaladıq ki, bəlkə, doğru yola qayıdalar. |
|
4374 | 43 | 49 | وقالوا يا أيه الساحر ادع لنا ربك بما عهد عندك إننا لمهتدون |
| | | Onlar: “Ey sehrbaz! Sənə verdiyi əhd xatirinə Rəbbinə bizdən ötrü dua et, biz də doğru yola gələk”– dedilər. |
|
4375 | 43 | 50 | فلما كشفنا عنهم العذاب إذا هم ينكثون |
| | | Biz əzabı onlardan uzaqlaşdıran kimi, sözlərindən döndülər. |
|
4376 | 43 | 51 | ونادى فرعون في قومه قال يا قوم أليس لي ملك مصر وهذه الأنهار تجري من تحتي أفلا تبصرون |
| | | Firon qövmünü çağırıb dedi: “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü? |
|
4377 | 43 | 52 | أم أنا خير من هذا الذي هو مهين ولا يكاد يبين |
| | | Ya da mən bu aciz və az qala sözünü belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi? |
|
4378 | 43 | 53 | فلولا ألقي عليه أسورة من ذهب أو جاء معه الملائكة مقترنين |
| | | Nə üçün ona qızıl bilərziklər taxılmayıb və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?” |
|
4379 | 43 | 54 | فاستخف قومه فأطاعوه إنهم كانوا قوما فاسقين |
| | | Firon öz xalqını aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq adamlar idilər. |
|
4380 | 43 | 55 | فلما آسفونا انتقمنا منهم فأغرقناهم أجمعين |
| | | Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını dənizdə batırdıq. |
|
4381 | 43 | 56 | فجعلناهم سلفا ومثلا للآخرين |
| | | Biz onları sonradan gələn nəsillər üçün izi-tozu itirilib yox edilmiş bir millətə və ibrət alınmalı bir həqiqətə çevirdik. |
|
4382 | 43 | 57 | ولما ضرب ابن مريم مثلا إذا قومك منه يصدون |
| | | Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü. |
|