نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4314 | 42 | 42 | إنما السبيل على الذين يظلمون الناس ويبغون في الأرض بغير الحق أولئك لهم عذاب أليم |
| | | Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır. |
|
4315 | 42 | 43 | ولمن صبر وغفر إن ذلك لمن عزم الأمور |
| | | Hər kim səbir edib bağışlasa, şübhəsiz ki, bu məqsədə uyğun işlərdəndir. |
|
4316 | 42 | 44 | ومن يضلل الله فما له من ولي من بعده وترى الظالمين لما رأوا العذاب يقولون هل إلى مرد من سبيل |
| | | Allah kimi azğınlığa salsa, bundan sonra onun heç bir himayəçisi olmaz. Sən zalımları əzabı gördükləri zaman: “Qayıtmağa bir yol yoxdurmu?”– deyən görəcəksən. |
|
4317 | 42 | 45 | وتراهم يعرضون عليها خاشعين من الذل ينظرون من طرف خفي وقال الذين آمنوا إن الخاسرين الذين خسروا أنفسهم وأهليهم يوم القيامة ألا إن الظالمين في عذاب مقيم |
| | | Cəhənnəm qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar. |
|
4318 | 42 | 46 | وما كان لهم من أولياء ينصرونهم من دون الله ومن يضلل الله فما له من سبيل |
| | | Onlara Allahdan başqa kömək edəcək dostlar olmayacaqdır. Allah kimi azğınlığa salsa, onun üçün heç bir qurtuluş yolu olmaz. |
|
4319 | 42 | 47 | استجيبوا لربكم من قبل أن يأتي يوم لا مرد له من الله ما لكم من ملجإ يومئذ وما لكم من نكير |
| | | Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz günahlarınızı inkar edə bilməyəcəksiniz. |
|
4320 | 42 | 48 | فإن أعرضوا فما أرسلناك عليهم حفيظا إن عليك إلا البلاغ وإنا إذا أذقنا الإنسان منا رحمة فرح بها وإن تصبهم سيئة بما قدمت أيديهم فإن الإنسان كفور |
| | | Əgər üzlərini çevirsələr, unutma ki, Biz səni onlara nəzarətçi təyin etməmişik. Sənin vəzifən ancaq təbliğ etməkdir. Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən. |
|
4321 | 42 | 49 | لله ملك السماوات والأرض يخلق ما يشاء يهب لمن يشاء إناثا ويهب لمن يشاء الذكور |
| | | Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir. |
|
4322 | 42 | 50 | أو يزوجهم ذكرانا وإناثا ويجعل من يشاء عقيما إنه عليم قدير |
| | | Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir. |
|
4323 | 42 | 51 | وما كان لبشر أن يكلمه الله إلا وحيا أو من وراء حجاب أو يرسل رسولا فيوحي بإذنه ما يشاء إنه علي حكيم |
| | | Allah insanla ancaq vəhylə və ya pərdə arxasından danışır, yaxud bir elçi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir. Həqiqətən, O, Ucadır, Müdrikdir. |
|