نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4200 | 40 | 67 | هو الذي خلقكم من تراب ثم من نطفة ثم من علقة ثم يخرجكم طفلا ثم لتبلغوا أشدكم ثم لتكونوا شيوخا ومنكم من يتوفى من قبل ولتبلغوا أجلا مسمى ولعلكم تعقلون |
| | | Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə yaşadan Odur. İçərinizdə daha əvvəl (gənclik, ahıllıq, qocalıq çağlarına yetişmədən) öldürülənlər də var. (Bütün bunlar) müəyyən bir vaxta (ömrünüzün sonuna) yetişəsiniz və bəlkə, (Allahın vəhdaniyyətini) düşünüb anlayasınız deyə edilir. |
|
4201 | 40 | 68 | هو الذي يحيي ويميت فإذا قضى أمرا فإنما يقول له كن فيكون |
| | | Dirildən də, öldürən də Odur. O, bir işi qərara aldıqda (bir şeyi yaratmaq istədikdə) ona ancaq: “Ol!” – deyər, o da dərhal olar. |
|
4202 | 40 | 69 | ألم تر إلى الذين يجادلون في آيات الله أنى يصرفون |
| | | (Ya Peyğəmbər!) Allahın ayələri barəsində mübahisə edənləri görmürsənmi? Onlar necə də (haqdan) döndərilirlər! |
|
4203 | 40 | 70 | الذين كذبوا بالكتاب وبما أرسلنا به رسلنا فسوف يعلمون |
| | | Kitabı (Qur’anı) və peyğəmbərlərimizə göndərdiklərimizi (vəhyi, mö’cüzələri və hökmləri) yalan hesab edənlər (bu hərəkətlərindən dolayı hansı cəzalara mə’ruz qalacaqlarını) mütləq biləcəklər! |
|
4204 | 40 | 71 | إذ الأغلال في أعناقهم والسلاسل يسحبون |
| | | O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər |
|
4205 | 40 | 72 | في الحميم ثم في النار يسجرون |
| | | Cəhənnəmə (qaynar suya) tərəf, sonra odda yandırılacaqlar, |
|
4206 | 40 | 73 | ثم قيل لهم أين ما كنتم تشركون |
| | | Sonra da onlara belə deyiləcəkdir: “Haradadır şərik qoşub ibadət etdikləriniz – |
|
4207 | 40 | 74 | من دون الله قالوا ضلوا عنا بل لم نكن ندعو من قبل شيئا كذلك يضل الله الكافرين |
| | | Allahdan qeyri?!” (Müşriklər) deyəcəklər: “Onlar bizdən qeyb oldular. Xeyr, biz əslində öncə (dünyada) heç nəyə ibadət etmirdik!” Allah (haqq yoldan) kafirləri belə azdırar! |
|
4208 | 40 | 75 | ذلكم بما كنتم تفرحون في الأرض بغير الحق وبما كنتم تمرحون |
| | | (Onlara belə deyiləcəkdir:) “Bu (əzab) sizin yer üzündə nahaq yerə sevinməyinizə və təkəbbürlənməyinizə görədir! |
|
4209 | 40 | 76 | ادخلوا أبواب جهنم خالدين فيها فبئس مثوى المتكبرين |
| | | Girin cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” Təkəbbürlülərin sığınacağı necə də pisdir! |
|