نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3862 | 37 | 74 | إلا عباد الله المخلصين |
| | | Yalnız Allahın sadiq bəndələrindən başqa! (Onlara heç bir əzab verilmədi). |
|
3863 | 37 | 75 | ولقد نادانا نوح فلنعم المجيبون |
| | | Həqiqətən, Nuh (öz tayfasının məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu! |
|
3864 | 37 | 76 | ونجيناه وأهله من الكرب العظيم |
| | | Biz (Nuh qövmünü suda boğub) onu və ailəsini böyük fəlakətdən qurtardıq. |
|
3865 | 37 | 77 | وجعلنا ذريته هم الباقين |
| | | Məhz onun nəslini (qiyamətə qədər yer üzündə) baqi etdik. |
|
3866 | 37 | 78 | وتركنا عليه في الآخرين |
| | | Sonralar gələnlər içərisində onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. |
|
3867 | 37 | 79 | سلام على نوح في العالمين |
| | | (Onu belə yad edirlər:) “Bütün aləmlər (bəşər əhli) içərisində Nuha salam olsun!” |
|
3868 | 37 | 80 | إنا كذلك نجزي المحسنين |
| | | Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! |
|
3869 | 37 | 81 | إنه من عبادنا المؤمنين |
| | | Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi! |
|
3870 | 37 | 82 | ثم أغرقنا الآخرين |
| | | Sonra başqalarını (Nuha iman gətirməyənləri) suda boğduq. |
|
3871 | 37 | 83 | وإن من شيعته لإبراهيم |
| | | Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən (Nuhun firqəsindən) idi. |
|