نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3792 | 37 | 4 | إن إلهكم لواحد |
| | | Həqiqətən, sizin Allahınız birdir! |
|
3793 | 37 | 5 | رب السماوات والأرض وما بينهما ورب المشارق |
| | | O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. Məşriqlərin (şərqin və qərbin – günəşin, ayın və ulduzların doğub batdığı yerlərin) də Rəbbi Odur. |
|
3794 | 37 | 6 | إنا زينا السماء الدنيا بزينة الكواكب |
| | | Biz (sizə) ən yaxın olan göy üzünü (dünya səmasını) ulduzlarla bəzədik. (Günəş, ay və ulduzlar başqa-başqa göylərdə olduqları halda, siz onların hamısını özünüzlə müqayisədə ən yaxın bir yerdə, sanki başınızın üstündə görürsünüz). |
|
3795 | 37 | 7 | وحفظا من كل شيطان مارد |
| | | (Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq. |
|
3796 | 37 | 8 | لا يسمعون إلى الملإ الأعلى ويقذفون من كل جانب |
| | | Onlar ali bəzmə (yuxarı aləmə, mələklər aləminin söhbətlərinə) qulaq asa bilməz və hər tərəfdən (axan ulduzlar vasitəsilə) qovulub atılar. |
|
3797 | 37 | 9 | دحورا ولهم عذاب واصب |
| | | (Səmadan) kənar edilərlər. Onları daimi bir əzab göyləyir! |
|
3798 | 37 | 10 | إلا من خطف الخطفة فأتبعه شهاب ثاقب |
| | | Ancaq (şeytanlar içərisində mələklərin söhbətlərindən bir sözü, bir xəbəri) çırpışdıran (oğrun-oğrun öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz (hər şeyi dəlib keçən bir mə’şəl) tə’qib edər. |
|
3799 | 37 | 11 | فاستفتهم أهم أشد خلقا أم من خلقنا إنا خلقناهم من طين لازب |
| | | İndi (ya Peyğəmbər, bu müşriklərdən) soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? [Və ya: xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa) yaratdıqlarımız?] Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq. |
|
3800 | 37 | 12 | بل عجبت ويسخرون |
| | | Bəli, sən onlara (müşriklərin Allahın qüdrət əlamətlərini gördükləri halda qiyamətə inanmamalarına) təəcüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər. |
|
3801 | 37 | 13 | وإذا ذكروا لا يذكرون |
| | | Onlara (Qur’anla Allahın dəlilləri ilə) öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar. |
|