نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3736 | 36 | 31 | ألم يروا كم أهلكنا قبلهم من القرون أنهم إليهم لا يرجعون |
| | | Məgər onlar (Məkkə müşrikləri) özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və həmin nəsillərin bir daha onların yanına qayıtmadığını görmürlərmi? |
|
3737 | 36 | 32 | وإن كل لما جميع لدينا محضرون |
| | | Hamı, (bəlli) hamı (qiyamət günü) Bizim hüzurumuza gətiriləcəkdir! |
|
3738 | 36 | 33 | وآية لهم الأرض الميتة أحييناها وأخرجنا منها حبا فمنه يأكلون |
| | | Ölü torpaq onlar üçün (qiyamət günü ölüləri dirildəcəyimizə) bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan (arpa, buğda, düyü və s. kimi) dənələr çıxardırıq, onlar da ondan yeyirlər. |
|
3739 | 36 | 34 | وجعلنا فيها جنات من نخيل وأعناب وفجرنا فيها من العيون |
| | | Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki, |
|
3740 | 36 | 35 | ليأكلوا من ثمره وما عملته أيديهم أفلا يشكرون |
| | | Onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən (yaxud becərmədiklərindən) yesinlər. Hələ də şükür etməzlər? |
|
3741 | 36 | 36 | سبحان الذي خلق الأزواج كلها مما تنبت الأرض ومن أنفسهم ومما لا يعلمون |
| | | Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!) |
|
3742 | 36 | 37 | وآية لهم الليل نسلخ منه النهار فإذا هم مظلمون |
| | | Gecə də onlar üçün (qüdrətimizə) bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan kimi onlar zülmət içində olarlar. |
|
3743 | 36 | 38 | والشمس تجري لمستقر لها ذلك تقدير العزيز العليم |
| | | Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edən. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür). |
|
3744 | 36 | 39 | والقمر قدرناه منازل حتى عاد كالعرجون القديم |
| | | Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o (həmin mənzilləri başa vurduqdan sonra) dönüb xurma ağacının qurumuş əyri budağı kimi (hilal şəklində) olar. |
|
3745 | 36 | 40 | لا الشمس ينبغي لها أن تدرك القمر ولا الليل سابق النهار وكل في فلك يسبحون |
| | | Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər. |
|