نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4018 | 38 | 48 | واذكر إسماعيل واليسع وذا الكفل وكل من الأخيار |
| | | İsmaili, əl-Yəsə'i və Zül-Kifli də yada sal! Onların hamısı ən yaxşı kimsələrdəndir. |
|
4019 | 38 | 49 | هذا ذكر وإن للمتقين لحسن مآب |
| | | Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir – |
|
4020 | 38 | 50 | جنات عدن مفتحة لهم الأبواب |
| | | qapıları onlar üçün açılmış Ədn bağları. |
|
4021 | 38 | 51 | متكئين فيها يدعون فيها بفاكهة كثيرة وشراب |
| | | Onlar orada taxtlara dirsəklənib çoxlu-çoxlu meyvələr və cənnətə məxsus içkilər istəyəcəklər. |
|
4022 | 38 | 52 | وعندهم قاصرات الطرف أتراب |
| | | Onların yanında gözlərini ərindən çəkməyən həmyaşıdları olacaqdır. |
|
4023 | 38 | 53 | هذا ما توعدون ليوم الحساب |
| | | Hesablaşma günü üçün sizə vəd olunanlar bunlardır. |
|
4024 | 38 | 54 | إن هذا لرزقنا ما له من نفاد |
| | | Bəli, bu Bizim verdiyimiz nemətdir. O, tükənməzdir. |
|
4025 | 38 | 55 | هذا وإن للطاغين لشر مآب |
| | | Bax belə! Şübhəsiz ki, azğınları da çox pis qayıdış yeri gözləyir – |
|
4026 | 38 | 56 | جهنم يصلونها فبئس المهاد |
| | | içində yanacaqları Cəhənnəm. Ora nə pis yataqdır! |
|
4027 | 38 | 57 | هذا فليذوقوه حميم وغساق |
| | | Bu, qaynar su və irindir. Qoy onu dadsınlar! |
|