نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3705 | 35 | 45 | ولو يؤاخذ الله الناس بما كسبوا ما ترك على ظهرها من دابة ولكن يؤخرهم إلى أجل مسمى فإذا جاء أجلهم فإن الله كان بعباده بصيرا |
| | | Əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir. Şübhəsiz ki, Allah Öz qullarını görür. |
|
3706 | 36 | 1 | بسم الله الرحمن الرحيم يس |
| | | Ya. Sin. |
|
3707 | 36 | 2 | والقرآن الحكيم |
| | | And olsun hikmətli Qurana! |
|
3708 | 36 | 3 | إنك لمن المرسلين |
| | | Həqiqətən, sən göndərilmiş elçilərdənsən, |
|
3709 | 36 | 4 | على صراط مستقيم |
| | | doğru yoldasan. |
|
3710 | 36 | 5 | تنزيل العزيز الرحيم |
| | | Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edilmişdir ki, |
|
3711 | 36 | 6 | لتنذر قوما ما أنذر آباؤهم فهم غافلون |
| | | ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən. |
|
3712 | 36 | 7 | لقد حق القول على أكثرهم فهم لا يؤمنون |
| | | Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirmədilər. |
|
3713 | 36 | 8 | إنا جعلنا في أعناقهم أغلالا فهي إلى الأذقان فهم مقمحون |
| | | Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır. |
|
3714 | 36 | 9 | وجعلنا من بين أيديهم سدا ومن خلفهم سدا فأغشيناهم فهم لا يبصرون |
| | | Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər. |
|