نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3058 | 26 | 126 | فاتقوا الله وأطيعون |
| | | Allahdan qorxun və mənə itaət edin! |
|
3059 | 26 | 127 | وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين |
| | | Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. |
|
3060 | 26 | 128 | أتبنون بكل ريع آية تعبثون |
| | | Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)? |
|
3061 | 26 | 129 | وتتخذون مصانع لعلكم تخلدون |
| | | Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz? |
|
3062 | 26 | 130 | وإذا بطشتم بطشتم جبارين |
| | | Bir kəsi yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı? |
|
3063 | 26 | 131 | فاتقوا الله وأطيعون |
| | | Allahdan qorxun və mənə itaət edin! |
|
3064 | 26 | 132 | واتقوا الذي أمدكم بما تعلمون |
| | | Bildiyiniz nemətləri sizə verəndən qorxun. |
|
3065 | 26 | 133 | أمدكم بأنعام وبنين |
| | | O sizə heyvanat və oğul-uşaq verdi, |
|
3066 | 26 | 134 | وجنات وعيون |
| | | üstəlik bağlar və çeşmələr də əta etdi. |
|
3067 | 26 | 135 | إني أخاف عليكم عذاب يوم عظيم |
| | | Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”. |
|