نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3053 | 26 | 121 | إن في ذلك لآية وما كان أكثرهم مؤمنين |
| | | Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi. |
|
3054 | 26 | 122 | وإن ربك لهو العزيز الرحيم |
| | | Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir. |
|
3055 | 26 | 123 | كذبت عاد المرسلين |
| | | Ad tayfası da elçiləri yalançı saydı. |
|
3056 | 26 | 124 | إذ قال لهم أخوهم هود ألا تتقون |
| | | O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz? |
|
3057 | 26 | 125 | إني لكم رسول أمين |
| | | Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm. |
|
3058 | 26 | 126 | فاتقوا الله وأطيعون |
| | | Allahdan qorxun və mənə itaət edin! |
|
3059 | 26 | 127 | وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين |
| | | Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. |
|
3060 | 26 | 128 | أتبنون بكل ريع آية تعبثون |
| | | Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)? |
|
3061 | 26 | 129 | وتتخذون مصانع لعلكم تخلدون |
| | | Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz? |
|
3062 | 26 | 130 | وإذا بطشتم بطشتم جبارين |
| | | Bir kəsi yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı? |
|