نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2637 | 22 | 42 | وإن يكذبوك فقد كذبت قبلهم قوم نوح وعاد وثمود |
| | | Əgər səni yalançı saysalar, bil ki, səndən əvvəl Nuhun xalqı da, Ad və Səmud tayfaları da elçiləri yalançı saymışdı. |
|
2638 | 22 | 43 | وقوم إبراهيم وقوم لوط |
| | | İbrahim tayfası da, Lut xalqı da, |
|
2639 | 22 | 44 | وأصحاب مدين وكذب موسى فأمليت للكافرين ثم أخذتهم فكيف كان نكير |
| | | Mədyən əhli də elçiləri yalançı saymışdı. Musa da yalançı sayılmışdı. Mən kafirlərə möhlət verdim, sonra onları əzabla yaxaladım. Mənim onları inkar etməyimin necə olduğunu bir görəydin! |
|
2640 | 22 | 45 | فكأين من قرية أهلكناها وهي ظالمة فهي خاوية على عروشها وبئر معطلة وقصر مشيد |
| | | Neçə-neçə şəhərlər olmuşdur ki, əhalisi zülm edərkən Biz onları məhv etdik. İndi onlar özülünə qədər uçulmuşdur. Neçə-neçə tərk edilmiş quyular və neçə-neçə boş qalmış qəsrlər də vardır. |
|
2641 | 22 | 46 | أفلم يسيروا في الأرض فتكون لهم قلوب يعقلون بها أو آذان يسمعون بها فإنها لا تعمى الأبصار ولكن تعمى القلوب التي في الصدور |
| | | Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, zalımların aqibətini qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində maddi gözlər deyil, kökslərdəki qəlb kor olur. |
|
2642 | 22 | 47 | ويستعجلونك بالعذاب ولن يخلف الله وعده وإن يوما عند ربك كألف سنة مما تعدون |
| | | Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir! |
|
2643 | 22 | 48 | وكأين من قرية أمليت لها وهي ظالمة ثم أخذتها وإلي المصير |
| | | Neçə-neçə şəhərlərə, əhalisi zülm edərkən möhlət verdim, sonra onları əzabla yaxaladım. Dönüş də ancaq Mənədir! |
|
2644 | 22 | 49 | قل يا أيها الناس إنما أنا لكم نذير مبين |
| | | De: “Ey insanlar! Mən sizə yalnız açıq xəbərdarlıq edənəm. |
|
2645 | 22 | 50 | فالذين آمنوا وعملوا الصالحات لهم مغفرة ورزق كريم |
| | | İman gətirib yaxşı işlər görənlər üçün bağışlanma və bol ruzi hazırlanmışdır. |
|
2646 | 22 | 51 | والذين سعوا في آياتنا معاجزين أولئك أصحاب الجحيم |
| | | Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə Cəhənnəm sakinləridirlər. |
|