نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2588 | 21 | 105 | ولقد كتبنا في الزبور من بعد الذكر أن الأرض يرثها عبادي الصالحون |
| | | Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar. |
|
2589 | 21 | 106 | إن في هذا لبلاغا لقوم عابدين |
| | | Həqiqətən, bunda ibadət edənlər üçün bir bildiriş vardır. |
|
2590 | 21 | 107 | وما أرسلناك إلا رحمة للعالمين |
| | | Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik. |
|
2591 | 21 | 108 | قل إنما يوحى إلي أنما إلهكم إله واحد فهل أنتم مسلمون |
| | | De: “Mənə belə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Siz müsəlman olmayacaqsınızmı?” |
|
2592 | 21 | 109 | فإن تولوا فقل آذنتكم على سواء وإن أدري أقريب أم بعيد ما توعدون |
| | | Əgər onlar üz döndərsələr, de: “Mən bu dini sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm. |
|
2593 | 21 | 110 | إنه يعلم الجهر من القول ويعلم ما تكتمون |
| | | Söz yoxdur ki, Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir. |
|
2594 | 21 | 111 | وإن أدري لعله فتنة لكم ومتاع إلى حين |
| | | Mən isə bilmirəm, bəlkə də, bu sizi sınaqdan keçirtmək və müəyyən müddət ərzində bu dünyada faydalanmağınız üçündür”. |
|
2595 | 21 | 112 | قال رب احكم بالحق وربنا الرحمن المستعان على ما تصفون |
| | | Peyğəmbər dedi: “Ey Rəbbim! Mənimlə kafirlər arasında ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq Mərhəmətli olan Rəbbimizdən kömək diləmək lazımdır”. |
|
2596 | 22 | 1 | بسم الله الرحمن الرحيم يا أيها الناس اتقوا ربكم إن زلزلة الساعة شيء عظيم |
| | | Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır. |
|
2597 | 22 | 2 | يوم ترونها تذهل كل مرضعة عما أرضعت وتضع كل ذات حمل حملها وترى الناس سكارى وما هم بسكارى ولكن عذاب الله شديد |
| | | Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Lakin Allahın əzabı hədsiz şiddətlidir. |
|