نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2527 | 21 | 44 | بل متعنا هؤلاء وآباءهم حتى طال عليهم العمر أفلا يرون أنا نأتي الأرض ننقصها من أطرافها أفهم الغالبون |
| | | Doğrusu, Biz bununla (bu kafirlərə) və atalarına ömürləri uzanıncaya qədər (dünyada) gün-güzəran verdik. (Onlar fani dünya malına aldanıb məğrur oldular). Məgər Bizim (onların) torpağına girib onu hər tərəfdən əskiltdiyimizi (gündən-günə yurdlarının müsəlmanların əlinə keçdiyini) görmürlərmi? Belə olduqda, qalib olanlar onlarmıdır?! |
|
2528 | 21 | 45 | قل إنما أنذركم بالوحي ولا يسمع الصم الدعاء إذا ما ينذرون |
| | | (Ya Rəsulum!) De: “Mən sizi ancaq vəhy ilə qorxuduram”. Karlar qorxudulduğu zaman çağırışı eşitməzlər! |
|
2529 | 21 | 46 | ولئن مستهم نفحة من عذاب ربك ليقولن يا ويلنا إنا كنا ظالمين |
| | | Həqiqətən, əgər Rəbbinin əzabından az bir şey onlara toxunsa, onlar mütləq: “Vay halımıza! Biz, doğrudan da, zalım olmuşuq (Allaha şərik qoşmaqla, küfr etməklə özümüz özümüzə zülm etmişik)” – deyəcəklər. |
|
2530 | 21 | 47 | ونضع الموازين القسط ليوم القيامة فلا تظلم نفس شيئا وإن كان مثقال حبة من خردل أتينا بها وكفى بنا حاسبين |
| | | Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik. |
|
2531 | 21 | 48 | ولقد آتينا موسى وهارون الفرقان وضياء وذكرا للمتقين |
| | | Biz Musa və Haruna Furqanı (haqqı batildən ayıran Tövratı doğru yolu göstərən) bir nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik. |
|
2532 | 21 | 49 | الذين يخشون ربهم بالغيب وهم من الساعة مشفقون |
| | | O kəslərdən ötrü ki, onlar öz Rəbbindən Onu görmədən (yaxud Allahın axirətdə verəcəyi əzabdan) qorxar və qiyamətdən lərzəyə gələrlər. |
|
2533 | 21 | 50 | وهذا ذكر مبارك أنزلناه أفأنتم له منكرون |
| | | Bu (Qur’an) nazil etdiyimiz mübarək (insanlara daim xeyir-bərəkət gətirən) bir Kitabdır. İndi siz onu inkarmı edirsiniz? |
|
2534 | 21 | 51 | ولقد آتينا إبراهيم رشده من قبل وكنا به عالمين |
| | | Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik (peyğəmbərlik ehsan buyurmuşduq). Biz onu (onun buna layiq olduğunu) bilirdik. |
|
2535 | 21 | 52 | إذ قال لأبيه وقومه ما هذه التماثيل التي أنتم لها عاكفون |
| | | (İbrahim) atasına və tayfasına: “Sizin tapınıb durduğunuz bu heykəllər nədir?” – dediyi zaman |
|
2536 | 21 | 53 | قالوا وجدنا آباءنا لها عابدين |
| | | Onlar: “Biz atalarımızı onlara ibadət edən gördük!” – deyə cavab vermişdilər. |
|