نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2453 | 20 | 105 | ويسألونك عن الجبال فقل ينسفها ربي نسفا |
| | | (Ya Rəsulum!) Səndən dağlar (qiyamət günü dağların nə cür olacağı) haqqında soruşarlar. De: “Rəbbim onları ovxalayıb havaya sovuracaq; |
|
2454 | 20 | 106 | فيذرها قاعا صفصفا |
| | | Dümdüz (hamar) bir yer edəcək (heç bir şey bitməyən qupquru torpaq halına salacaq); |
|
2455 | 20 | 107 | لا ترى فيها عوجا ولا أمتا |
| | | Və sən orada heç bir eniş-yoxuş (əyrilik, kələkötürlük) görməyəcəksən!” |
|
2456 | 20 | 108 | يومئذ يتبعون الداعي لا عوج له وخشعت الأصوات للرحمن فلا تسمع إلا همسا |
| | | O gün insanlar (qəbirlərindən qalxıb) heç bir başqa tərəfə meyl etmədən carçının (hamını məhşərə çağıran İsrafilin) ardınca gedəcəklər. Rəhmanın (əzəməti, heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən! |
|
2457 | 20 | 109 | يومئذ لا تنفع الشفاعة إلا من أذن له الرحمن ورضي له قولا |
| | | O gün Rəhmanın izin verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz! |
|
2458 | 20 | 110 | يعلم ما بين أيديهم وما خلفهم ولا يحيطون به علما |
| | | (Rəbbin) onların keçmişini də, gələcəyini də bilir. (Allah insanların nə etdiklərini, nə edəcəklərini, qazanacaqları savabları və günahları, dünyada və axirətdə aqibətlərinin necə olacağını Öz əzəli elmi ilə bilir). Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz! |
|
2459 | 20 | 111 | وعنت الوجوه للحي القيوم وقد خاب من حمل ظلما |
| | | (O gün) üzlər (bütün insanlar) əzəli, əbədi olan (məxluqatın hər işini yoluna qoyan, onları dolandıran) Allaha təslim olub zəlil bir görkəm alar. Zülmə (günaha) yüklənən (Allaha şərik qoşan, küfr edən) ziyana düşüb mətləbinə yetişməz (ümidsizliyə uğrayar). |
|
2460 | 20 | 112 | ومن يعمل من الصالحات وهو مؤمن فلا يخاف ظلما ولا هضما |
| | | Mö’min olub yaxşı işlər görən kəs isə nə zülmə mə’ruz qalmaqdan, nə də (mükafatının) əskilməsindən qorxar! |
|
2461 | 20 | 113 | وكذلك أنزلناه قرآنا عربيا وصرفنا فيه من الوعيد لعلهم يتقون أو يحدث لهم ذكرا |
| | | (Ya Rəsulum!) Biz onu (sənə göndərilən ilahi Kitabı) ərəbcə Qur’an olaraq nazil etdik. Biz orada (kafirlərə əzab veriləcəyinə dair) təhdidləri (cürbəcür misallarla) təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər, yaxud (onu öyüd-nəsihətlərindən) ibrət alsınlar! (Qur’an onlara öyüd-nəsihət versin!) |
|
2462 | 20 | 114 | فتعالى الله الملك الحق ولا تعجل بالقرآن من قبل أن يقضى إليك وحيه وقل رب زدني علما |
| | | Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır! (Müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!) Həm də (ey Peyğəmbərim! Cəbrail tərəfindən) sənə tamam-kamal vəhy olunmadan əvvəl Qur’anı oxumağa tələsmə və: “Ey Rəbbim! Mənim elmimi artır!” – de. |
|