نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2337 | 19 | 87 | لا يملكون الشفاعة إلا من اتخذ عند الرحمن عهدا |
| | | Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları (kafirlər) şəfaət etməyə qadir olmazlar. (Yalnız iman gətirib yaxşı işlər görənlər qiyamət günü Rəhmanın izni ilə şəfaət etməyə layiqdirlər). |
|
2338 | 19 | 88 | وقالوا اتخذ الرحمن ولدا |
| | | (Müşriklər:) “Rəhman özünə övlad götürmüşdür!” – dedilər. |
|
2339 | 19 | 89 | لقد جئتم شيئا إدا |
| | | Siz, doğrudan da, olduqca pis bir şey etdiniz (çox böyük-böyük danışdınız)! |
|
2340 | 19 | 90 | تكاد السماوات يتفطرن منه وتنشق الأرض وتخر الجبال هدا |
| | | Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun!- |
|
2341 | 19 | 91 | أن دعوا للرحمن ولدا |
| | | (Müşriklərin) Rəhmana övlad isnad etdiklərinə görə! |
|
2342 | 19 | 92 | وما ينبغي للرحمن أن يتخذ ولدا |
| | | Halbuki Rəhmana özünə övlad götürmək yaraşmaz. |
|
2343 | 19 | 93 | إن كل من في السماوات والأرض إلا آتي الرحمن عبدا |
| | | Çünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, (qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin. |
|
2344 | 19 | 94 | لقد أحصاهم وعدهم عدا |
| | | And olsun ki, (Allah) onları (bütün yaratdıqlarını) hesablamış və təkrar-təkrar saymışdır. |
|
2345 | 19 | 95 | وكلهم آتيه يوم القيامة فردا |
| | | Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək. |
|
2346 | 19 | 96 | إن الذين آمنوا وعملوا الصالحات سيجعل لهم الرحمن ودا |
| | | Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq. (Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının, o cümlədən mö’minlərin qəlbinə salacaqdır). |
|