نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2045 | 17 | 16 | وإذا أردنا أن نهلك قرية أمرنا مترفيها ففسقوا فيها فحق عليها القول فدمرناها تدميرا |
| | | Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə Allaha itaət etməyi əmr edirdik. Onlar isə orada günah işlər görürdülər. Beləcə, onun (o məmləkətin) barəsindəki söz gerçək oldu və Biz onu yerlə yeksan etdik. |
|
2046 | 17 | 17 | وكم أهلكنا من القرون من بعد نوح وكفى بربك بذنوب عباده خبيرا بصيرا |
| | | Biz Nuhdan sonra neçə-neçə nəsilləri məhv etdik. Rəbbinin, qullarının günahlarını bilməsi və görməsi kifayətdir. |
|
2047 | 17 | 18 | من كان يريد العاجلة عجلنا له فيها ما نشاء لمن نريد ثم جعلنا له جهنم يصلاها مذموما مدحورا |
| | | Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq. |
|
2048 | 17 | 19 | ومن أراد الآخرة وسعى لها سعيها وهو مؤمن فأولئك كان سعيهم مشكورا |
| | | Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. |
|
2049 | 17 | 20 | كلا نمد هؤلاء وهؤلاء من عطاء ربك وما كان عطاء ربك محظورا |
| | | Biz hamıya – onlara da, bunlara da Rəbbinin nemətindən veririk. Rəbbinin neməti heç kəsə qadağan deyildir. |
|
2050 | 17 | 21 | انظر كيف فضلنا بعضهم على بعض وللآخرة أكبر درجات وأكبر تفضيلا |
| | | Bax gör dünyada onların birini digərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üstünlüklər vardır. |
|
2051 | 17 | 22 | لا تجعل مع الله إلها آخر فتقعد مذموما مخذولا |
| | | Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa zəlil və tənha qalarsan. |
|
2052 | 17 | 23 | وقضى ربك ألا تعبدوا إلا إياه وبالوالدين إحسانا إما يبلغن عندك الكبر أحدهما أو كلاهما فلا تقل لهما أف ولا تنهرهما وقل لهما قولا كريما |
| | | Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! |
|
2053 | 17 | 24 | واخفض لهما جناح الذل من الرحمة وقل رب ارحمهما كما ربياني صغيرا |
| | | Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de. |
|
2054 | 17 | 25 | ربكم أعلم بما في نفوسكم إن تكونوا صالحين فإنه كان للأوابين غفورا |
| | | Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, bilin ki, həqiqətən də, O, tövbə edənləri Bağışlayandır. |
|