نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1401 | 10 | 37 | وما كان هذا القرآن أن يفترى من دون الله ولكن تصديق الذي بين يديه وتفصيل الكتاب لا ريب فيه من رب العالمين |
| | | Bu Qur’an Allahdan başqasına yalandan aid edilə bilməz. (O ancaq Allahdandır, başqası tərəfindən uydurula bilməz). Lakin o özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiq edən kitabı (lövhi-məhfuzdakı hökmləri) ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur! |
|
1402 | 10 | 38 | أم يقولون افتراه قل فأتوا بسورة مثله وادعوا من استطعتم من دون الله إن كنتم صادقين |
| | | Yoxsa: “(Peyğəmbər) onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona (Qur’ana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!” |
|
1403 | 10 | 39 | بل كذبوا بما لم يحيطوا بعلمه ولما يأتهم تأويله كذلك كذب الذين من قبلهم فانظر كيف كان عاقبة الظالمين |
| | | Xeyir, o kafirlər elmini qavraya bilmədikləri və hələ yozumu (müşriklərə, kafirlərə və’d edilmiş əzab) onlara gəlib çatmamış Qur’anı yalan hesab etdilər. Onlardan əvvəlkilər də (Allahın əmrlərini, ilahi kitabları, öz peyğəmbərlərini) təkzib etmişdilər. Bir gör zalımların axırı necə oldu! |
|
1404 | 10 | 40 | ومنهم من يؤمن به ومنهم من لا يؤمن به وربك أعلم بالمفسدين |
| | | (Kafirlər) içərisində ona (Qur’ana) inanan da var, inanmayan da. Rəbbin fitnə-fəsad tö’rədənləri daha yaxşı tanıyandır! |
|
1405 | 10 | 41 | وإن كذبوك فقل لي عملي ولكم عملكم أنتم بريئون مما أعمل وأنا بريء مما تعملون |
| | | Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Mənim etdiyim əməllərin sizə, sizin etdiyiniz əməllərin mənə heç bir dəxli yoxdur!” |
|
1406 | 10 | 42 | ومنهم من يستمعون إليك أفأنت تسمع الصم ولو كانوا لا يعقلون |
| | | Onların içərisində (Qur’an oxuyarkən) səni dinləyənlər (lakin onu qəbul etməyənlər) də vardır. (Onun) ağlıkəsməz, anlamaz karlara sənmi eşitdirə bilcəksən?! |
|
1407 | 10 | 43 | ومنهم من ينظر إليك أفأنت تهدي العمي ولو كانوا لا يبصرون |
| | | Onların içərisində sənə baxanlar da (peyğəmbərliyini təsdiq edənlər, mö’cüzələri görənlər də) vardır. Bəsirəti olmayan korlara doğru yolu sənmi göstərə biləcəksən?! |
|
1408 | 10 | 44 | إن الله لا يظلم الناس شيئا ولكن الناس أنفسهم يظلمون |
| | | Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər! |
|
1409 | 10 | 45 | ويوم يحشرهم كأن لم يلبثوا إلا ساعة من النهار يتعارفون بينهم قد خسر الذين كذبوا بلقاء الله وما كانوا مهتدين |
| | | (Allah müşrikləri) gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı gün (qiyamət günü) onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər. |
|
1410 | 10 | 46 | وإما نرينك بعض الذي نعدهم أو نتوفينك فإلينا مرجعهم ثم الله شهيد على ما يفعلون |
| | | (Ya Rəsulum! Kafirlərə) və’d etdiyimiz əzabın bir qismini sənə (dünyada) göstərsək də, yaxud (ondan əvvəl) səni axirətə qovuşdursaq (canını alsaq) da, bil ki, onların axır dönüşü Bizədir. Allah onların nə etdiklərinə şahiddir! |
|