نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1885 | 15 | 83 | فأخذتهم الصيحة مصبحين |
| | | Onları sübh çağı qorxunc səs yaxaladı. |
|
1886 | 15 | 84 | فما أغنى عنهم ما كانوا يكسبون |
| | | Qazandıqları dünya malı isə onlara heç bir fayda vermədi. |
|
1887 | 15 | 85 | وما خلقنا السماوات والأرض وما بينهما إلا بالحق وإن الساعة لآتية فاصفح الصفح الجميل |
| | | Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən onları gözəl tərzdə bağışla. |
|
1888 | 15 | 86 | إن ربك هو الخلاق العليم |
| | | Həqiqətən, Rəbbin Yaradandır, Biləndir. |
|
1889 | 15 | 87 | ولقد آتيناك سبعا من المثاني والقرآن العظيم |
| | | Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik. |
|
1890 | 15 | 88 | لا تمدن عينيك إلى ما متعنا به أزواجا منهم ولا تحزن عليهم واخفض جناحك للمؤمنين |
| | | Onların bəzi təbəqələrinə verdiyimiz fani dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran |
|
1891 | 15 | 89 | وقل إني أنا النذير المبين |
| | | və de: “Şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm!” |
|
1892 | 15 | 90 | كما أنزلنا على المقتسمين |
| | | Biz Quranı bölənlərə də beləcə əzab endirmişdik. |
|
1893 | 15 | 91 | الذين جعلوا القرآن عضين |
| | | Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər). |
|
1894 | 15 | 92 | فوربك لنسألنهم أجمعين |
| | | Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq – |
|