نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
6221 | 111 | 5 | في جيدها حبل من مسد |
| | | Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın uzunluğunda zəncir) olacaqdır! |
|
6222 | 112 | 1 | بسم الله الرحمن الرحيم قل هو الله أحد |
| | | (Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); |
|
6223 | 112 | 2 | الله الصمد |
| | | Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) |
|
6224 | 112 | 3 | لم يلد ولم يولد |
| | | O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) |
|
6225 | 112 | 4 | ولم يكن له كفوا أحد |
| | | Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” |
|
6226 | 113 | 1 | بسم الله الرحمن الرحيم قل أعوذ برب الفلق |
| | | (Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə! |
|
6227 | 113 | 2 | من شر ما خلق |
| | | Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən; |
|
6228 | 113 | 3 | ومن شر غاسق إذا وقب |
| | | Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən; |
|
6229 | 113 | 4 | ومن شر النفاثات في العقد |
| | | (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən; |
|
6230 | 113 | 5 | ومن شر حاسد إذا حسد |
| | | Və bir də paxıllığı tutanda paxılın şərindən!” |
|