نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5961 | 87 | 13 | ثم لا يموت فيها ولا يحيى |
| | | Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!) |
|
5962 | 87 | 14 | قد أفلح من تزكى |
| | | (Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. |
|
5963 | 87 | 15 | وذكر اسم ربه فصلى |
| | | O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar! |
|
5964 | 87 | 16 | بل تؤثرون الحياة الدنيا |
| | | Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz! |
|
5965 | 87 | 17 | والآخرة خير وأبقى |
| | | Halbuki axirət daha xeyirli və daha baqidir. |
|
5966 | 87 | 18 | إن هذا لفي الصحف الأولى |
| | | Həqiqətən, bu deyilənlər (Qur’andan) əvvəlki kitablarda mövcuddur - |
|
5967 | 87 | 19 | صحف إبراهيم وموسى |
| | | İbrahimin və Musanın kitablarında! |
|
5968 | 88 | 1 | بسم الله الرحمن الرحيم هل أتاك حديث الغاشية |
| | | (Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı? |
|
5969 | 88 | 2 | وجوه يومئذ خاشعة |
| | | (O gün) bir çox üzlər zəlil görkəm alacaq; |
|
5970 | 88 | 3 | عاملة ناصبة |
| | | (Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq; |
|