نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5691 | 78 | 19 | وفتحت السماء فكانت أبوابا |
| | | (O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır. |
|
5692 | 78 | 20 | وسيرت الجبال فكانت سرابا |
| | | Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir. |
|
5693 | 78 | 21 | إن جهنم كانت مرصادا |
| | | Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur! |
|
5694 | 78 | 22 | للطاغين مآبا |
| | | O, azğınların məskənidir. |
|
5695 | 78 | 23 | لابثين فيها أحقابا |
| | | Onlar orada sonsuz müddət qalacaqlar. |
|
5696 | 78 | 24 | لا يذوقون فيها بردا ولا شرابا |
| | | Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar; |
|
5697 | 78 | 25 | إلا حميما وغساقا |
| | | Qaynar sudan və irindən başqa!- |
|
5698 | 78 | 26 | جزاء وفاقا |
| | | (Dünyadakı əmələrinə) uyğun cəza olaraq. |
|
5699 | 78 | 27 | إنهم كانوا لا يرجون حسابا |
| | | Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular). |
|
5700 | 78 | 28 | وكذبوا بآياتنا كذابا |
| | | Ayələrimizi də elə hey təkzib edirdilər. |
|