نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5271 | 67 | 30 | قل أرأيتم إن أصبح ماؤكم غورا فمن يأتيكم بماء معين |
| | | De: “Bir söyləyin görək, əgər suyunuz çəkilib (yerin dibinə) getsə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?! |
|
5272 | 68 | 1 | بسم الله الرحمن الرحيم ن والقلم وما يسطرون |
| | | Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki, |
|
5273 | 68 | 2 | ما أنت بنعمة ربك بمجنون |
| | | Sən (ya Rəsulum!) Rəbbinin ne’məti sayəsində divanə deyisən! |
|
5274 | 68 | 3 | وإن لك لأجرا غير ممنون |
| | | Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir! |
|
5275 | 68 | 4 | وإنك لعلى خلق عظيم |
| | | Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən! |
|
5276 | 68 | 5 | فستبصر ويبصرون |
| | | (Tezliklə) sən də görəcəksən, onlar da görəcəklər, |
|
5277 | 68 | 6 | بأييكم المفتون |
| | | Hansınızın divanə olduğunu! |
|
5278 | 68 | 7 | إن ربك هو أعلم بمن ضل عن سبيله وهو أعلم بالمهتدين |
| | | Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl tanıyandır! |
|
5279 | 68 | 8 | فلا تطع المكذبين |
| | | Elə isə (ya Peyğəmbər! Allahın ayələrini) yalan sayanlara itaət etmə! |
|
5280 | 68 | 9 | ودوا لو تدهن فيدهنون |
| | | (Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər! (Sən onların bütləri barəsində pis söz deməyəsən, onlar da sənə əziyyət verməsinlər və ya sən onların bütlərinə tapınasan, onlar da sənin Allahına ibadət etsinlər!) |
|