نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5111 | 58 | 7 | ألم تر أن الله يعلم ما في السماوات وما في الأرض ما يكون من نجوى ثلاثة إلا هو رابعهم ولا خمسة إلا هو سادسهم ولا أدنى من ذلك ولا أكثر إلا هو معهم أين ما كانوا ثم ينبئهم بما عملوا يوم القيامة إن الله بكل شيء عليم |
| | | (Ya Peyğəmbər!) Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə də onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir! |
|
5112 | 58 | 8 | ألم تر إلى الذين نهوا عن النجوى ثم يعودون لما نهوا عنه ويتناجون بالإثم والعدوان ومعصيت الرسول وإذا جاءوك حيوك بما لم يحيك به الله ويقولون في أنفسهم لولا يعذبنا الله بما نقول حسبهم جهنم يصلونها فبئس المصير |
| | | (Ya Peyğəmbər!) Məgər məxfi danışmaq qadağan edildikdən sonra yenə də qadağan olunduqları əmələ qayıdıb günah, ədavət və Peyğəmbərin əleyhinə çıxmaq barədə öz aralarında pıçıldaşanları (münafiqlərlə yəhudiləri) görmədinmi? Onlar yanına gəldikləri zaman səni Allahın salamladığı kimi salamlamır (“əssəlamu əleykə” əvəzinə “əsammu əleykə - sənə ölüm olsun!” – deyərək guya salam verir) və ürəklərində: “(Əgər Məhəmməd həqiqi peyğəmbərdirsə) bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar etmir?” – deyirlər. Onlara girib yanacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis qayıdış yeridir! |
|
5113 | 58 | 9 | يا أيها الذين آمنوا إذا تناجيتم فلا تتناجوا بالإثم والعدوان ومعصيت الرسول وتناجوا بالبر والتقوى واتقوا الله الذي إليه تحشرون |
| | | Ey iman gətirənlər! Bir-birinizlə xəlvət danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərin əleyhinə çıxmaq barədə danışmayın; yaxşı işlər, Allahdan qorxmaq barədə danışın və (qiyamət günü) hüzuruna toplanacağınız Allahdan qorxun! |
|
5114 | 58 | 10 | إنما النجوى من الشيطان ليحزن الذين آمنوا وليس بضارهم شيئا إلا بإذن الله وعلى الله فليتوكل المؤمنون |
| | | Şübhəsiz ki, (bir yerə yığışıb günaha, düşmənçiliyə bais olan) məxfi danışma (pıçıldaşma) iman gətirənləri mə’yus edib kədərləndirmək üçün olan Şeytan əməlindəndir. Halbuki Allahın izni olmadıqca (Şeytan) onlara heç bir zərər yetirə bilməz. Mö’minlər yalnız Allaha təvəkkül etsinlər! |
|
5115 | 58 | 11 | يا أيها الذين آمنوا إذا قيل لكم تفسحوا في المجالس فافسحوا يفسح الله لكم وإذا قيل انشزوا فانشزوا يرفع الله الذين آمنوا منكم والذين أوتوا العلم درجات والله بما تعملون خبير |
| | | Ey iman gətirənlər! Sizə: “Məclislərdə (mö’min qardaşlarınıza) yer verin!” – deyildiyi zaman (onlara) yer verin ki, Allah da sizə (Cənnətdə) geniş yer versin. Eləcə də sizə: “Qalxın!” deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır! |
|
5116 | 58 | 12 | يا أيها الذين آمنوا إذا ناجيتم الرسول فقدموا بين يدي نجواكم صدقة ذلك خير لكم وأطهر فإن لم تجدوا فإن الله غفور رحيم |
| | | Ey iman gətirənlər! Peyğəmbərlə (hər hansı bir iş barəsində) məxfi danışacağınız zaman bu danışıqdan əvvəl (ona hörmət əlaməti olaraq yoxsullara) sədəqə verin. Bu (əməl) sizin üçün (Allah yanında) daha xeyirli, daka pakdır. Əgər (sədəqə verməyə) bir şey tapmasanız (ürəyinizi qısmayın). Çünki Allah bağışlayandır, rəhm edəndir! |
|
5117 | 58 | 13 | أأشفقتم أن تقدموا بين يدي نجواكم صدقات فإذ لم تفعلوا وتاب الله عليكم فأقيموا الصلاة وآتوا الزكاة وأطيعوا الله ورسوله والله خبير بما تعملون |
| | | Məgər siz (Peyğəmbərlə) məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Madam ki, siz (bunu) etmədiniz (sədəqə vermədiniz) və Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb zəkat verin, Allaha və Onun Peyğəmbərinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır! |
|
5118 | 58 | 14 | ألم تر إلى الذين تولوا قوما غضب الله عليهم ما هم منكم ولا منهم ويحلفون على الكذب وهم يعلمون |
| | | (Ya Peyğəmbər!) Məgər onların (münafiqlərin) Allahın qəzəbləndiyi bir tayfanı (yəhudiləri) özlərinə dost tutduqlarını (mö’min müsəlmanların sirlərini onlara verdiklərini) görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar (özlərinin riyakar olduqlarını) bilə-bilə (Allaha və Muhəmməd əleyhissəlama iman gətirdikləri barədə) yalandan and içirlər. |
|
5119 | 58 | 15 | أعد الله لهم عذابا شديدا إنهم ساء ما كانوا يعملون |
| | | Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onların etdiyi əməllər necə də pisdir! |
|
5120 | 58 | 16 | اتخذوا أيمانهم جنة فصدوا عن سبيل الله فلهم عذاب مهين |
| | | Onlar andlarını özlərinə sipər etdilər və (xalqı) Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir. |
|