نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4971 | 55 | 70 | فيهن خيرات حسان |
| | | Orada (o cənnətlərin hamısında, dördündə də) xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır. |
|
4972 | 55 | 71 | فبأي آلاء ربكما تكذبان |
| | | Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! |
|
4973 | 55 | 72 | حور مقصورات في الخيام |
| | | Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır. |
|
4974 | 55 | 73 | فبأي آلاء ربكما تكذبان |
| | | Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! |
|
4975 | 55 | 74 | لم يطمثهن إنس قبلهم ولا جان |
| | | Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır. |
|
4976 | 55 | 75 | فبأي آلاء ربكما تكذبان |
| | | Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! |
|
4977 | 55 | 76 | متكئين على رفرف خضر وعبقري حسان |
| | | Onlar (mö’minlər) yaşıl balışlara və gözəl naxışlı (inci ilməli, xovlu) xalılara (yaxud yumşaq qalın döşəklərə) söykənmiş olacaqlar. |
|
4978 | 55 | 77 | فبأي آلاء ربكما تكذبان |
| | | Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! |
|
4979 | 55 | 78 | تبارك اسم ربك ذي الجلال والإكرام |
| | | (Ya Peyğəmbər!) Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır (nə qədər uludur)! |
|
4980 | 56 | 1 | بسم الله الرحمن الرحيم إذا وقعت الواقعة |
| | | Qiyamət vaqe olacağı (qopacağı) vaxt |
|