نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4701 | 51 | 26 | فراغ إلى أهله فجاء بعجل سمين |
| | | O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi. |
|
4702 | 51 | 27 | فقربه إليهم قال ألا تأكلون |
| | | Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– dedi. |
|
4703 | 51 | 28 | فأوجس منهم خيفة قالوا لا تخف وبشروه بغلام عليم |
| | | O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər. |
|
4704 | 51 | 29 | فأقبلت امرأته في صرة فصكت وجهها وقالت عجوز عقيم |
| | | Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!” |
|
4705 | 51 | 30 | قالوا كذلك قال ربك إنه هو الحكيم العليم |
| | | Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!” |
|
4706 | 51 | 31 | قال فما خطبكم أيها المرسلون |
| | | İbrahim dedi: “Sizin işiniz nədir, ey elçilər?” |
|
4707 | 51 | 32 | قالوا إنا أرسلنا إلى قوم مجرمين |
| | | Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki, |
|
4708 | 51 | 33 | لنرسل عليهم حجارة من طين |
| | | onların üstünə gildən daşlar yağdıraq – |
|
4709 | 51 | 34 | مسومة عند ربك للمسرفين |
| | | həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!” |
|
4710 | 51 | 35 | فأخرجنا من كان فيها من المؤمنين |
| | | Biz orada olan möminləri o kənddən çıxartdıq. |
|