نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4571 | 47 | 26 | ذلك بأنهم قالوا للذين كرهوا ما نزل الله سنطيعكم في بعض الأمر والله يعلم إسرارهم |
| | | Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edənlərə: “Biz bəzi işlərdə sizə itaət edəcəyik!”– dedilər. Allah onların sirlərini bilir. |
|
4572 | 47 | 27 | فكيف إذا توفتهم الملائكة يضربون وجوههم وأدبارهم |
| | | Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda halları necə olacaq? |
|
4573 | 47 | 28 | ذلك بأنهم اتبعوا ما أسخط الله وكرهوا رضوانه فأحبط أعمالهم |
| | | Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllərini boşa çıxartdı. |
|
4574 | 47 | 29 | أم حسب الذين في قلوبهم مرض أن لن يخرج الله أضغانهم |
| | | Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq? |
|
4575 | 47 | 30 | ولو نشاء لأريناكهم فلعرفتهم بسيماهم ولتعرفنهم في لحن القول والله يعلم أعمالكم |
| | | Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir. |
|
4576 | 47 | 31 | ولنبلونكم حتى نعلم المجاهدين منكم والصابرين ونبلو أخباركم |
| | | Biz aranızdakı mücahidləri və səbir edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də yoxlayacağıq. |
|
4577 | 47 | 32 | إن الذين كفروا وصدوا عن سبيل الله وشاقوا الرسول من بعد ما تبين لهم الهدى لن يضروا الله شيئا وسيحبط أعمالهم |
| | | Sözsüz ki, kafir olanlar, insanları Allah yolundan sapdıranlar və hidayət yolunu tanıdıqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər vura bilməzlər. Allah onların bütün əməllərini puça çıxaracaqdır. |
|
4578 | 47 | 33 | يا أيها الذين آمنوا أطيعوا الله وأطيعوا الرسول ولا تبطلوا أعمالكم |
| | | Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin! |
|
4579 | 47 | 34 | إن الذين كفروا وصدوا عن سبيل الله ثم ماتوا وهم كفار فلن يغفر الله لهم |
| | | Şübhəsiz ki, kafir olanları, insanları Allah yolundan sapdıranları, sonra da kafir kimi ölənləri, Allah heç vaxt bağışlamayacaqdır. |
|
4580 | 47 | 35 | فلا تهنوا وتدعوا إلى السلم وأنتم الأعلون والله معكم ولن يتركم أعمالكم |
| | | Siz də cihadda zəiflik göstərməyin və üstün olduğunuz halda kafirləri sülhə çağırmayın! Allah sizinlədir. O sizin əməllərinizi əsla əskiltməz. |
|