نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4281 | 42 | 9 | أم اتخذوا من دونه أولياء فالله هو الولي وهو يحيي الموتى وهو على كل شيء قدير |
| | | Onlar özlərinə Allahdan başqa himayəçilər götürdülər. Hərçənd ki, Himayədar ancaq Allahdır. O, ölüləri dirildir. O, hər şeyə qadirdir. |
|
4282 | 42 | 10 | وما اختلفتم فيه من شيء فحكمه إلى الله ذلكم الله ربي عليه توكلت وإليه أنيب |
| | | İxtilafa düşdüyünüz şeylər barəsində hökm vermək ancaq Allaha aiddir. Bu mənim Rəbbim olan Allahdır. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam. |
|
4283 | 42 | 11 | فاطر السماوات والأرض جعل لكم من أنفسكم أزواجا ومن الأنعام أزواجا يذرؤكم فيه ليس كمثله شيء وهو السميع البصير |
| | | Allah göyləri və yeri Yaradandır. O sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir. |
|
4284 | 42 | 12 | له مقاليد السماوات والأرض يبسط الرزق لمن يشاء ويقدر إنه بكل شيء عليم |
| | | Göylərin və yerin açarları Ona məxsusdur. O, istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. O, hər şeyi Biləndir. |
|
4285 | 42 | 13 | شرع لكم من الدين ما وصى به نوحا والذي أوحينا إليك وما وصينا به إبراهيم وموسى وعيسى أن أقيموا الدين ولا تتفرقوا فيه كبر على المشركين ما تدعوهم إليه الله يجتبي إليه من يشاء ويهدي إليه من ينيب |
| | | Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yönəldər. |
|
4286 | 42 | 14 | وما تفرقوا إلا من بعد ما جاءهم العلم بغيا بينهم ولولا كلمة سبقت من ربك إلى أجل مسمى لقضي بينهم وإن الذين أورثوا الكتاب من بعدهم لفي شك منه مريب |
| | | Onlara məhz elm gəldikdən sonra, öz aralarındakı paxıllıq ucbatından, ixtilafa düşdülər. Əgər Rəbbindən, müəyyən bir vaxtadək Söz verilmiş olmasaydı, onların arasında artıq hökm çıxarılmış olardı. Onlardan sonra Kitaba varis olanlar da onun barəsində anlaşılmaz bir şübhə içindədirlər. |
|
4287 | 42 | 15 | فلذلك فادع واستقم كما أمرت ولا تتبع أهواءهم وقل آمنت بما أنزل الله من كتاب وأمرت لأعدل بينكم الله ربنا وربكم لنا أعمالنا ولكم أعمالكم لا حجة بيننا وبينكم الله يجمع بيننا وإليه المصير |
| | | Buna görə də sən tövhidə dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır”. |
|
4288 | 42 | 16 | والذين يحاجون في الله من بعد ما استجيب له حجتهم داحضة عند ربهم وعليهم غضب ولهم عذاب شديد |
| | | Allahın dəvəti qəbul olunduqdan sonra Onun barəsində mübahisəyə girişənlərin dəlili Rəbbinin yanında boş şeydir. Onlar dünyada qəzəbə düçar olacaqlar. Axirətdə isə onları şiddətli əzab gözləyir. |
|
4289 | 42 | 17 | الله الذي أنزل الكتاب بالحق والميزان وما يدريك لعل الساعة قريب |
| | | Kitabı və tərəzini gerçək həqiqət kimi nazil edən Allahdır. Nə bilirsən, bəlkə də o Saat yaxındır. |
|
4290 | 42 | 18 | يستعجل بها الذين لا يؤمنون بها والذين آمنوا مشفقون منها ويعلمون أنها الحق ألا إن الذين يمارون في الساعة لفي ضلال بعيد |
| | | Qiyamətə inanmayanlar onun tez gəlib çatmasını istəyirlər. Möminlər isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Şübhəsiz ki, o Saat barəsində mübahisə edənlər dərin bir azğınlıq içindədirlər. |
|