نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4271 | 41 | 53 | سنريهم آياتنا في الآفاق وفي أنفسهم حتى يتبين لهم أنه الحق أولم يكف بربك أنه على كل شيء شهيد |
| | | Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? |
|
4272 | 41 | 54 | ألا إنهم في مرية من لقاء ربهم ألا إنه بكل شيء محيط |
| | | Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir. |
|
4273 | 42 | 1 | بسم الله الرحمن الرحيم حم |
| | | Ha. Mim. |
|
4274 | 42 | 2 | عسق |
| | | Ayn. Sin. Qaf. |
|
4275 | 42 | 3 | كذلك يوحي إليك وإلى الذين من قبلك الله العزيز الحكيم |
| | | Qüdrətli və Müdrik olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir. |
|
4276 | 42 | 4 | له ما في السماوات وما في الأرض وهو العلي العظيم |
| | | Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. O, Ucadır, Uludur. |
|
4277 | 42 | 5 | تكاد السماوات يتفطرن من فوقهن والملائكة يسبحون بحمد ربهم ويستغفرون لمن في الأرض ألا إن الله هو الغفور الرحيم |
| | | Sanki göylərin bir-birinin üstündən çatlayıb yarılmasına az qalır. Mələklər də Rəbbinə həmd ilə təriflər deyir və yerdəkilər üçün bağışlanma diləyirlər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. |
|
4278 | 42 | 6 | والذين اتخذوا من دونه أولياء الله حفيظ عليهم وما أنت عليهم بوكيل |
| | | Allahdan başqası ilə dostluq edənlərə Allah Özü nəzarət edir. Sən onların mühafizəçisi deyilsən. |
|
4279 | 42 | 7 | وكذلك أوحينا إليك قرآنا عربيا لتنذر أم القرى ومن حولها وتنذر يوم الجمع لا ريب فيه فريق في الجنة وفريق في السعير |
| | | Beləliklə, Biz sənə ərəbcə Quran vəhy etdik ki, şəhərlər anası (Məkkə) əhlini və onun ətrafındakıları xəbərdar edəsən və barəsində heç bir şübhə doğurmayan məhşər gününü yadlarına salasan. İnsanların bir qismi Cənnətdə, digər qismi isə Odda olacaqdır. |
|
4280 | 42 | 8 | ولو شاء الله لجعلهم أمة واحدة ولكن يدخل من يشاء في رحمته والظالمون ما لهم من ولي ولا نصير |
| | | Əgər Allah istəsəydi, onları vahid bir ümmət edərdi. Lakin O, Öz mərhəmətinə istədiyini qovuşdurur. Zalımların isə nə bir himayəçisi olar, nə də bir yardımçısı. |
|