نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4171 | 40 | 38 | وقال الذي آمن يا قوم اتبعون أهدكم سبيل الرشاد |
| | | O mömin kişi dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola çıxardım. |
|
4172 | 40 | 39 | يا قوم إنما هذه الحياة الدنيا متاع وإن الآخرة هي دار القرار |
| | | Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, axirət isə qərar tutacağınız yurddur. |
|
4173 | 40 | 40 | من عمل سيئة فلا يجزى إلا مثلها ومن عمل صالحا من ذكر أو أنثى وهو مؤمن فأولئك يدخلون الجنة يرزقون فيها بغير حساب |
| | | Kim pis bir iş tutsa, o ancaq işinin həddi qədər cəza alar. Mömin olmaqla bərabər, yaxşı iş görən kişilər və qadınlar Cənnətə daxil olub orada hesabsız ruziyə nail olarlar. |
|
4174 | 40 | 41 | ويا قوم ما لي أدعوكم إلى النجاة وتدعونني إلى النار |
| | | Ey qövmüm! Nə üçün mən sizi nicat tapmağa çağırıram, siz isə məni oda çağırırsınız? |
|
4175 | 40 | 42 | تدعونني لأكفر بالله وأشرك به ما ليس لي به علم وأنا أدعوكم إلى العزيز الغفار |
| | | Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsınız, mən isə sizi Qüdrətli və Bağışlayan Allaha çağırıram. |
|
4176 | 40 | 43 | لا جرم أنما تدعونني إليه ليس له دعوة في الدنيا ولا في الآخرة وأن مردنا إلى الله وأن المسرفين هم أصحاب النار |
| | | Heç şübhəsiz ki, sizin məni çağırdıqlarınızın nə dünyada, nə də axirətdə çağırılmağa haqqı yoxdur. Bizim dönüşümüz Allahadır. Həddi aşanlar isə od sakinləridirlər. |
|
4177 | 40 | 44 | فستذكرون ما أقول لكم وأفوض أمري إلى الله إن الله بصير بالعباد |
| | | Sizə dediklərimi mütləq xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah qullarını görür”. |
|
4178 | 40 | 45 | فوقاه الله سيئات ما مكروا وحاق بآل فرعون سوء العذاب |
| | | Allah Musanı onların qurduğu hiylələrin şərindən qorudu. Firon nəslini isə dəhşətli əzab bürüdü. |
|
4179 | 40 | 46 | النار يعرضون عليها غدوا وعشيا ويوم تقوم الساعة أدخلوا آل فرعون أشد العذاب |
| | | Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın! |
|
4180 | 40 | 47 | وإذ يتحاجون في النار فيقول الضعفاء للذين استكبروا إنا كنا لكم تبعا فهل أنتم مغنون عنا نصيبا من النار |
| | | O zaman onlar odda bir-birilə höcətləşəcəklər. Zəiflər təkəbbür göstərənlərə: “Biz sizin ardınızca gedirdik. İndi siz odun bir hissəsindən bizi qurtara bilərsinizmi?”– deyəcəklər. |
|