نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4164 | 40 | 31 | مثل دأب قوم نوح وعاد وثمود والذين من بعدهم وما الله يريد ظلما للعباد |
| | | Nuhun qövmünə, Ad və Səmud tayfalarına və onlardan sonra gələnlərə bənzər bəlanın gəlməsindən qorxuram. Allah bəndələrə zülm olunmasını istəməz. |
|
4165 | 40 | 32 | ويا قوم إني أخاف عليكم يوم التناد |
| | | Ey xalqım! Mən başınıza gələcək fəryad qoparacağınız gündən qorxuram. |
|
4166 | 40 | 33 | يوم تولون مدبرين ما لكم من الله من عاصم ومن يضلل الله فما له من هاد |
| | | Geriyə dönüb qaçacağınız gün sizi Allahdan qoruyan tapılmaz. Allahın azğınlığa saldığı kimsəyə isə yol göstərən olmaz”. |
|
4167 | 40 | 34 | ولقد جاءكم يوسف من قبل بالبينات فما زلتم في شك مما جاءكم به حتى إذا هلك قلتم لن يبعث الله من بعده رسولا كذلك يضل الله من هو مسرف مرتاب |
| | | Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk etməkdə davam edirdiniz. Nəhayət, o, vəfat etdikdə dediniz: “Allah ondan sonra elçi göndərməyəcəkdir!” Allah həddi aşan, şübhə edən kimsəni beləcə azğınlığa salar. |
|
4168 | 40 | 35 | الذين يجادلون في آيات الله بغير سلطان أتاهم كبر مقتا عند الله وعند الذين آمنوا كذلك يطبع الله على كل قلب متكبر جبار |
| | | Özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlər həm Allah yanında, həm də iman gətirənlərin yanında ancaq böyük bir nifrət artırır. Allah hər bir təkəbbürlü zülmkarın qəlbini belə möhürləyir. |
|
4169 | 40 | 36 | وقال فرعون يا هامان ابن لي صرحا لعلي أبلغ الأسباب |
| | | Firon dedi: “Ey Haman! Mənim üçün bir uca qala tik ki, bəlkə yollara çatım – |
|
4170 | 40 | 37 | أسباب السماوات فأطلع إلى إله موسى وإني لأظنه كاذبا وكذلك زين لفرعون سوء عمله وصد عن السبيل وما كيد فرعون إلا في تباب |
| | | göylərin yollarına çatım və Musanın məbudunu görüm. Həqiqətən, mən onu yalançı sayıram!” Firona pis əməli beləcə gözəl göstərildi və o, yoldan çıxarıldı. Fironun hiyləsi uğursuz oldu. |
|
4171 | 40 | 38 | وقال الذي آمن يا قوم اتبعون أهدكم سبيل الرشاد |
| | | O mömin kişi dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola çıxardım. |
|
4172 | 40 | 39 | يا قوم إنما هذه الحياة الدنيا متاع وإن الآخرة هي دار القرار |
| | | Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, axirət isə qərar tutacağınız yurddur. |
|
4173 | 40 | 40 | من عمل سيئة فلا يجزى إلا مثلها ومن عمل صالحا من ذكر أو أنثى وهو مؤمن فأولئك يدخلون الجنة يرزقون فيها بغير حساب |
| | | Kim pis bir iş tutsa, o ancaq işinin həddi qədər cəza alar. Mömin olmaqla bərabər, yaxşı iş görən kişilər və qadınlar Cənnətə daxil olub orada hesabsız ruziyə nail olarlar. |
|