نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4001 | 38 | 31 | إذ عرض عليه بالعشي الصافنات الجياد |
| | | Bir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir ayağının dırnağını yerə vuran, çapar atlar göstərildi. |
|
4002 | 38 | 32 | فقال إني أحببت حب الخير عن ذكر ربي حتى توارت بالحجاب |
| | | Süleyman dedi: “Mən, günəş üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum – atlar məni əsr namazından yayındırdı”. |
|
4003 | 38 | 33 | ردوها علي فطفق مسحا بالسوق والأعناق |
| | | Süleyman: “Onları yanıma qaytarın!”– dedi. O, atların qıçlarını və boyunlarını vurmağa başladı. |
|
4004 | 38 | 34 | ولقد فتنا سليمان وألقينا على كرسيه جسدا ثم أناب |
| | | Biz Süleymanı sınağa çəkib taxtının üstünə cansız bir cəsəd atdıq. Sonra o tövbə edib qayıtdı. |
|
4005 | 38 | 35 | قال رب اغفر لي وهب لي ملكا لا ينبغي لأحد من بعدي إنك أنت الوهاب |
| | | O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən. |
|
4006 | 38 | 36 | فسخرنا له الريح تجري بأمره رخاء حيث أصاب |
| | | Biz də, onun əmri ilə istədiyi yerə sakitcə əsən küləyi ona ram etdik. |
|
4007 | 38 | 37 | والشياطين كل بناء وغواص |
| | | Həmçinin şeytanlardan olan müxtəlif nəqşlər vuran bənnaları, dalğıcları |
|
4008 | 38 | 38 | وآخرين مقرنين في الأصفاد |
| | | və başqalarını da zəncirlənmiş halda ona tabe etdik |
|
4009 | 38 | 39 | هذا عطاؤنا فامنن أو أمسك بغير حساب |
| | | və buyurduq: “Bu Bizim hədiyyəmizdir! Bunlardan istədiyinə versən də, verməsən də səndən haqq-hesab tələb olunmayacaqdır”. |
|
4010 | 38 | 40 | وإن له عندنا لزلفى وحسن مآب |
| | | Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır. |
|