نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3421 | 30 | 12 | ويوم تقوم الساعة يبلس المجرمون |
| | | O Saatın gələcəyi gün günahkarlar ümidlərini itirəcəklər. |
|
3422 | 30 | 13 | ولم يكن لهم من شركائهم شفعاء وكانوا بشركائهم كافرين |
| | | Allaha qoşduqları şəriklərindən onlar üçün şəfaətçilər olmayacaq. Şərikləri onları inkar edəcəklər. |
|
3423 | 30 | 14 | ويوم تقوم الساعة يومئذ يتفرقون |
| | | Məhz o Saatın gələcəyi gün möminlərlə kafirlər ayrılacaqlar. |
|
3424 | 30 | 15 | فأما الذين آمنوا وعملوا الصالحات فهم في روضة يحبرون |
| | | İman gətirib yaxşı işlər görənlərə gəlincə isə, onlar Cənnət bağçalarında şadlıq içində olacaqlar. |
|
3425 | 30 | 16 | وأما الذين كفروا وكذبوا بآياتنا ولقاء الآخرة فأولئك في العذاب محضرون |
| | | Kafir olub ayələrimizi və axirətə düşəcəklərini yalan sayanlar isə əzaba giriftar ediləcəklər. |
|
3426 | 30 | 17 | فسبحان الله حين تمسون وحين تصبحون |
| | | Odur ki, siz axşama çatanda və səhərə çıxanda Allahın şərəfinə çoxlu tərif söyləyin. |
|
3427 | 30 | 18 | وله الحمد في السماوات والأرض وعشيا وحين تظهرون |
| | | Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də Onun şərəfinə təriflər deyin! |
|
3428 | 30 | 19 | يخرج الحي من الميت ويخرج الميت من الحي ويحيي الأرض بعد موتها وكذلك تخرجون |
| | | O, ölüdən diri, diridən də ölü çıxardır; yeri ölümündən sonra dirildir. Siz də qəbirlərinizdən belə dirildilib çıxardılacaqsınız. |
|
3429 | 30 | 20 | ومن آياته أن خلقكم من تراب ثم إذا أنتم بشر تنتشرون |
| | | Allahın sizi torpaqdan xəlq etməsi, Onun dəlillərindəndir. Sonra da siz bir insan kimi yer üzünə yayıldınız. |
|
3430 | 30 | 21 | ومن آياته أن خلق لكم من أنفسكم أزواجا لتسكنوا إليها وجعل بينكم مودة ورحمة إن في ذلك لآيات لقوم يتفكرون |
| | | Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır. |
|