نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
3071 | 26 | 139 | فكذبوه فأهلكناهم إن في ذلك لآية وما كان أكثرهم مؤمنين |
| | | Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. |
|
3072 | 26 | 140 | وإن ربك لهو العزيز الرحيم |
| | | Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir. |
|
3073 | 26 | 141 | كذبت ثمود المرسلين |
| | | Səmud tayfası da elçiləri yalançı saydı. |
|
3074 | 26 | 142 | إذ قال لهم أخوهم صالح ألا تتقون |
| | | O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz? |
|
3075 | 26 | 143 | إني لكم رسول أمين |
| | | Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm. |
|
3076 | 26 | 144 | فاتقوا الله وأطيعون |
| | | Allahdan qorxun və mənə itaət edin. |
|
3077 | 26 | 145 | وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين |
| | | Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. |
|
3078 | 26 | 146 | أتتركون في ما هاهنا آمنين |
| | | Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız? |
|
3079 | 26 | 147 | في جنات وعيون |
| | | Bağlar və bulaqlar içində, |
|
3080 | 26 | 148 | وزروع ونخل طلعها هضيم |
| | | əkinlər və yumşaq meyvəli xurmalıqlar içində arxayınlıqla qalacaqsınız? |
|