نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2911 | 25 | 56 | وما أرسلناك إلا مبشرا ونذيرا |
| | | (Ya Rəsulum!) Biz səni yalnız (mö’minlərə Cənnətlə) müjdə verən və (kafirləri cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik. |
|
2912 | 25 | 57 | قل ما أسألكم عليه من أجر إلا من شاء أن يتخذ إلى ربه سبيلا |
| | | De: “Mən sizdən buna (dini, peyğəmbərliyi təbliğ etməyə) görə heç bir muzd (əvəz) istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm. (Mən öz peyğəmbərliyimə görə sizdən heç bir şey istəmirəm, lakin iman gətirmiş bir şəxs malını Allah yolunda sərf etsə, ona da mane olan deyiləm). |
|
2913 | 25 | 58 | وتوكل على الحي الذي لا يموت وسبح بحمده وكفى به بذنوب عباده خبيرا |
| | | (Ya Rəsulum!) Ölməz, həmişə diri olana (Allaha) bel bağla və Onu həmd-səna ilə təqdis et (və ya Onun ne’mətlərinə şükür edərək namaz qıl). (Allahın) Öz bəndələrinin günahlarından xəbərdar olması (onları layiqincə cəzalandırmağa) kifayət edər. |
|
2914 | 25 | 59 | الذي خلق السماوات والأرض وما بينهما في ستة أيام ثم استوى على العرش الرحمن فاسأل به خبيرا |
| | | O, göyləri, yeri və onların arasındakıları altı günə xəlq edən, sonra ərşi yaradıb ona hakim olan Rəhmandır. Bunu bir biləndən (Allahın Özündən və ya Cəbraildən) xəbər al! |
|
2915 | 25 | 60 | وإذا قيل لهم اسجدوا للرحمن قالوا وما الرحمن أنسجد لما تأمرنا وزادهم نفورا |
| | | Onlara (müşriklərə): “Rəhmana (rəhmli olan Allaha) səcdə edin!” – deyildiyi zaman, onlar: “Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?” – deyə cavab verərlər. Bu (səcdə əmri) onların (imana olan) nifrətini daha da artırar. |
|
2916 | 25 | 61 | تبارك الذي جعل في السماء بروجا وجعل فيها سراجا وقمرا منيرا |
| | | Səmada bürclər yaradan, orada bir çıraq (günəş) və nurlu ay vücuda gətirən (Allah) nə qədər (uca, nə qədər) uludur! |
|
2917 | 25 | 62 | وهو الذي جعل الليل والنهار خلفة لمن أراد أن يذكر أو أراد شكورا |
| | | (Allahın qüdrətini həmişə) yada salmaq və (ne’mətlərinə) şükür etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur! |
|
2918 | 25 | 63 | وعباد الرحمن الذين يمشون على الأرض هونا وإذا خاطبهم الجاهلون قالوا سلاما |
| | | Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. |
|
2919 | 25 | 64 | والذين يبيتون لربهم سجدا وقياما |
| | | Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər. |
|
2920 | 25 | 65 | والذين يقولون ربنا اصرف عنا عذاب جهنم إن عذابها كان غراما |
| | | Və belə deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir! |
|