نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2781 | 23 | 108 | قال اخسئوا فيها ولا تكلمون |
| | | Allah buyuracaq: “Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin! |
|
2782 | 23 | 109 | إنه كان فريق من عبادي يقولون ربنا آمنا فاغفر لنا وارحمنا وأنت خير الراحمين |
| | | Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”– deyirdilər. |
|
2783 | 23 | 110 | فاتخذتموهم سخريا حتى أنسوكم ذكري وكنتم منهم تضحكون |
| | | Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu məsxərə Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz. |
|
2784 | 23 | 111 | إني جزيتهم اليوم بما صبروا أنهم هم الفائزون |
| | | Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!” |
|
2785 | 23 | 112 | قال كم لبثتم في الأرض عدد سنين |
| | | Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq. |
|
2786 | 23 | 113 | قالوا لبثنا يوما أو بعض يوم فاسأل العادين |
| | | Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən günləri sayanlardan soruş”– deyəcəklər. |
|
2787 | 23 | 114 | قال إن لبثتم إلا قليلا لو أنكم كنتم تعلمون |
| | | Allah deyəcək: “Siz orada çox az qaldınız. Kaş bunu biləydiniz! |
|
2788 | 23 | 115 | أفحسبتم أنما خلقناكم عبثا وأنكم إلينا لا ترجعون |
| | | Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?” |
|
2789 | 23 | 116 | فتعالى الله الملك الحق لا إله إلا هو رب العرش الكريم |
| | | Haqq Hökmdar Allah hər şeydən ucadır! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. O, şanlı Ərşin Rəbbidir. |
|
2790 | 23 | 117 | ومن يدع مع الله إلها آخر لا برهان له به فإنما حسابه عند ربه إنه لا يفلح الكافرون |
| | | Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar! |
|