نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2571 | 21 | 88 | فاستجبنا له ونجيناه من الغم وكذلك ننجي المؤمنين |
| | | Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz mö’minlərə belə nicat veririk! |
|
2572 | 21 | 89 | وزكريا إذ نادى ربه رب لا تذرني فردا وأنت خير الوارثين |
| | | (Ya Rəsulum!) Zəkəriyyanı da (yada sal)! Bir vaxt o: “Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)” – deyə yalvarıb Rəbbinə dua etmişdi. |
|
2573 | 21 | 90 | فاستجبنا له ووهبنا له يحيى وأصلحنا له زوجه إنهم كانوا يسارعون في الخيرات ويدعوننا رغبا ورهبا وكانوا لنا خاشعين |
| | | Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müt’i idilər. |
|
2574 | 21 | 91 | والتي أحصنت فرجها فنفخنا فيها من روحنا وجعلناها وابنها آية للعالمين |
| | | (Ya Rəsulum!) İsmətini (bəkarətini) qoruyanı da (Məryəmi də yad et)! Biz Öz ruhumuzdan (Özümüzün yaratdığımız ruhdan Cəbrail vasitəsilə) ona üfürdük, onu və oğlunu (atasız doğulmuş İsanı) aləmlərə (mələklərə, bütün insanlara və cinlərə) bir mö’cüzə etdik. |
|
2575 | 21 | 92 | إن هذه أمتكم أمة واحدة وأنا ربكم فاعبدون |
| | | (Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin! |
|
2576 | 21 | 93 | وتقطعوا أمرهم بينهم كل إلينا راجعون |
| | | Amma (insanlar din barəsində) öz aralarında firqələrə bölünüb parçalandılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar. (Biz də müvafiq surətdə əməllərinin əvəzini verəcəyik). |
|
2577 | 21 | 94 | فمن يعمل من الصالحات وهو مؤمن فلا كفران لسعيه وإنا له كاتبون |
| | | Hər kim mö’min ikən yaxşı işlər görsə, onun zəhməti danılmayacaqdır (mükafatı tamamilə ödəniləcəkdir). Şübhəsiz ki, Biz onun üçün (gördüyü işləri mələklər vasitəsilə əməl dəftərinə) yazırıq. |
|
2578 | 21 | 95 | وحرام على قرية أهلكناها أنهم لا يرجعون |
| | | Məhv etdiyimiz hər hansı bir məmləkət əhlinin (qiyamət qopana qədər tövbə etmək üçün bir də dünyaya, yaxud haqq dinə) qayıtması mümkün deyildir (haramdır). |
|
2579 | 21 | 96 | حتى إذا فتحت يأجوج ومأجوج وهم من كل حدب ينسلون |
| | | Nəhayət, Yə’cuc-Mə’cüc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sür’ətlə (məhşərə) axışdıqları zaman; |
|
2580 | 21 | 97 | واقترب الوعد الحق فإذا هي شاخصة أبصار الذين كفروا يا ويلنا قد كنا في غفلة من هذا بل كنا ظالمين |
| | | Doğru və’d (qiyamət günü) yaxınlaşdıqda kafir olanların gözləri (dəhşətdən) dərhal bərəlib: “Vay halımıza! Biz (dünyada) bundan qafil idik. Xeyr, biz zalım olmuşuq (peyğəmbərlərin dediklərinə inanmamaqla zülm etmişik)!” – deyərlər. |
|