نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2381 | 20 | 33 | كي نسبحك كثيرا |
| | | Sənə çoxlu təriflər deyək |
|
2382 | 20 | 34 | ونذكرك كثيرا |
| | | və Səni çox zikr edək. |
|
2383 | 20 | 35 | إنك كنت بنا بصيرا |
| | | Şübhəsiz ki, Sən bizi görürsən!” |
|
2384 | 20 | 36 | قال قد أوتيت سؤلك يا موسى |
| | | Allah buyurdu: “Dilədiyin sənə verildi, ey Musa! |
|
2385 | 20 | 37 | ولقد مننا عليك مرة أخرى |
| | | Sənə bir dəfə də mərhəmət göstərmişdik. |
|
2386 | 20 | 38 | إذ أوحينا إلى أمك ما يوحى |
| | | O vaxt ki, anana vəhy olunacaq şeyi belə vəhy etdik: |
|
2387 | 20 | 39 | أن اقذفيه في التابوت فاقذفيه في اليم فليلقه اليم بالساحل يأخذه عدو لي وعدو له وألقيت عليك محبة مني ولتصنع على عيني |
| | | “Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün”. Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı qullarım arasında məhəbbət oyatdım. |
|
2388 | 20 | 40 | إذ تمشي أختك فتقول هل أدلكم على من يكفله فرجعناك إلى أمك كي تقر عينها ولا تحزن وقتلت نفسا فنجيناك من الغم وفتناك فتونا فلبثت سنين في أهل مدين ثم جئت على قدر يا موسى |
| | | O zaman bacın gedib camaata deyirdi: “Sizə onun qayğısına qalacaq birisini göstərimmi?” Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Sən boya-başa çatdıqda bir nəfəri öldürdün. O vaxt Biz səni qəm-qüssədən qurtardıq. Biz səni çətin sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da müəyyən olunmuş məqama gəlib çatdın, ey Musa! |
|
2389 | 20 | 41 | واصطنعتك لنفسي |
| | | Mən səni Özümə peyğəmbər seçdim! |
|
2390 | 20 | 42 | اذهب أنت وأخوك بآياتي ولا تنيا في ذكري |
| | | Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin. |
|